Uşaqlarda ziyillər

Uşaqlarda ziyillər
Bir Ana - Bir Bala / Xəstəliklər və müalicəsi
06.12.2017 29
Ziyillər - uşaqlarda ən geniş yayılmış dərinin virus xəstəliyidir. Xəstəliyə bilavasitə təmasla və ya ümumi əşyalar və oyuncaqlardan istifadə etməklə yoluxmaq olur.

Dərinin uzunmüddətli nəmliyi fonunda mikrotravmaların olması (məsələn, rezin materialdan hazırlanmış ket və krasovkaların geyinilməsi nəticəsində ayaqların çox tərləməsi, hovuzlarda ayaqyalın gəzmək və s.) nəticəsində virusa yoluxma daha tez baş verir.

Adətən, ziyillərə əllərdə, üzdə, ayaqlarda rast gəlinir. Bəzi hallarda ziyillər heç bir müalicə aparılmadan öz-özünə keçib gedir. Bəzi hallarda ziyillərin zəncirotu və dəmrov otu şirəsi ilə işlənməsi də yaxşı nəticə verir.

Heç bir halda ev şəraitində ziyilləri kəsmək, yandırmaq və s. üsullarla ləğv etmək olmaz! Ziyillərin müalicəsi ilə həkim-dermatoloq məşğul olur. Onları maye azotla dondurmaqla, elektro və ya lazerokoaqulyasiya ilə aradan götürürlər. Bəzən təkcə “ana” ziyilin ləğv edilməsi digərlərinin öz-özünə keçib getməsinə səbəb olur.скачать dle 11.3
mənbə: saglamolun_az


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!