Valideynin 7 səhvi - Gələcək liderlərə əngəl olmayaq

Valideynin 7 səhvi - Gələcək liderlərə əngəl olmayaq
Bir Ana - Bir Bala
10.09.2017 26
Uşaqların
uğur qazanmaq, müstəqil olmaq və liderə çevrilmək potensialı həmişə
var. Ancaq təcrübə göstərir ki, nə qədər qayğıkeş, ağıllı olsaq da, biz
valideynlər çox vaxt uşaqları bu potensialdan məhrum edirik. 



Psixoloji
bestsellerlərin müəllifi, liderlik üzrə ekspert Tim Elmor valideynlərin
7 tipik səhvini müəyyən edib. Onun təcrübəsi göstərir ki, məhz həmin
səhvlər uşaqlarda hələ kiçik yaşlarından özünə inamsızlıq yaradır,
onların öz həyatına sahib olmaq, gələcək karyerasında uğur qazanmaq
şansını əvvəldən azaldır. 

Tim Elmorun siyahısı ilə–tərbiyə zamanı buraxa biləcəyimiz səhvlərlə tanış olaq. 

qumluqda qiz 



1. Biz uşaqlara risk etmək imkanı vermirik. 

Təhlükə
hər addımda var və biz valideynlər uşaqlarımızı itirməkdən həmişə
qorxuruq. "Təhlükəsizlik hər şeydən vacibdir!” şüarı bizim qorxularımızı
artırır, ona görə də uşaqlarımızı hər tərəfdən qayğı ilə əhatə etməyə
çalışırıq. Psixoloqlar müəyyən ediblər ki, uşaq həyətdə oynamayıbsa, heç
vaxt yıxılmayıbsa, dizini zədələməyibsə böyüyəndə qorxuları da böyüyür,
fobiyalardan əziyyət çəkir. Uşaq dəfələrlə yıxılmalıdır ki, bunun
normal olduğunu anlasın. Yeniyetmə yaşdaşları ilə mübahisə etməlidir,
ilk məhəbbətin acısını yaşamalıdır ki, emosional baxımdan böyüsün.
Yetkinlik uzunmüddətli münasibətlər üçün vacibdir. 

Uşaqların
həyatında riski azaltmaqla biz böyüklər gələcəkdə onlarda özünə
inamsızlıq, həm də lovğalıq və dikbaşlıq kimi pis xüsusiyyətlərin
yaranmasına səbəb oluruq. 



2. Uşaqlara kömək etməyə tələsirik. 

İndiki
gənc nəsil 30 il əvvəlki uşaqların bacardığı bəzi şeyləri bacarmır. Biz
uşağa həddən artıq "qayğı” göstərəndə, uşağa kömək etməyə tələsəndə
vəziyyətdən çıxmaq üçün onun özünün yol axtarmasına mane oluruq.
Nəticədə liderə məxsus əsas cəhət—nəyinsə öhdəsindən təkbaşına gəlmək
xüsusiyyəti ümumiyyətlə formalaşmır. Gec, ya tez, uşaq buna öyrəşir,
həmişə kiminsə onu xilas edəcəyini düşünür: "Səhv etsəm valideynlərim
düzəldəcək, yaranan problemi aradan qaldıracaqlar”. Amma axı reallıqda
qaydalar başqadır. Həddən artıq "qayğı” göstərməklə biz uşağın
böyüməsinə mane olur, onu böyüklərin dünyasına hazırlamırıq. 



3. Uşaqları tərifləyəndə səmimi olun. 

Uşaqlarda
özünə inamı artırmaq uğrunda hərəkat qərb məktəblərində 1980-ci illərdə
başladı. Bu hərəkatın məğzi təxminən belə idi: "Oyun iştirakçılarının
hər biri qalibdir.” Yəni uşaqların hər birində özünə inam
yaradılmalıdır. Ancaq müasir psixoloqların araşdırmaları göstərir ki,
uşaqları bu şəkildə ruhlandırmaq həmişə müsbət nəticə vermir. Müəyyən
vaxtdan sonra uşaq görür ki, onu ağıllı hesab edənlər yalnız
valideynləridir, başqaları belə düşünmür. Və belə olanda uşaq
valideynlərinin obyektivliyinə, səmimiliyinə şübhə etməyə başlayır.Tərif
eşitmək uşağa xoşdur, amma biz onun səhvlərinə də hörmət etməliyik. Əks
halda uşaq yalançılığa, olanları şişirtməyə meyllənir və ona çətin
görünən reallıqdan qaçır, çətinliklə üzləşməyə hazır olmur. 



4. Günah hissinə yol verməyək. 

Uşaq bizi hər dəqiqə sevə bilməz. 

Adam
böyüdükcə o qədər çətinliklə üzləşir, o qədər məyus olur ki…Uşaqlar
onları məyus edən şeylərin öhdəsindən gələ bilər, amma ərköyünlüyün
nəticələri ağır olur. Odur ki, uşağa "yox”, "indi olmaz” deməkdən
çəkinməyin. Qoyun onlar öz arzuları, dəyər verdikləri və istədikləri
şeylər uğrunda mübarizə aparmağı öyrənsinlər. 

Uşağa
həmişə istədiyini verməyə çalışırıq. Xüsusilə uşaq çox olanda, birini
yaxşı əməlinə görə mükafatlandırırıqsa, yaxud tərifləyiriksə, o birinə
də eyni şeyi etməyə çalışırıq, yoxsa özümüzü günahkar hiss edirik. Amma
bu, real deyil. Axı uşaqlar da bilməlidir ki, uğur insanın özünün
fəaliyyətinin, qoçaqlığının, fədakarlığının nəticəsidir. 

Bir
də ki, uşağı ticarət mərkəzinə apararaq mükafatlandırmaq istəsəniz, bir
daha düşünün. Sizin münasibətləriniz maddi mükafat əsasında qurulursa,
uşaq daxili motivasiya və şərtsiz məhəbbətin nə olduğunu bilməyəcək. 





5. Uşaqlara öz səhvlərimiz haqqında danışmırıq. 

Vaxt
gələcək, övladınız yeniyetmə olacaq və öz qanadlarını açmaq, özü
uçmaq–hər şeyi özü sınaqdan keçirmək istəyəcək. Biz onları "səmaya”
buraxmalıyıq, amma köməyimizi də əsirgəməməliyik. Uşaqlara onların
yaşında etdiyiniz səhvlər haqqında danışın (içki, siqaret, narkotika
haqda neqativ söhbətlərdən qaçsanız yaxşıdır) və elə danışın ki, uşağa
düzgün seçim etməyi öyrənməyə kömək olasız. Uşaqlar xətaları və
qərarlarının nəticələri ilə üzləşməyə hazır olmalıdırlar. Onlara oxşar
vəziyyətdə hansı hissləri keçirdiyinizi, hansı hisslərlə hərəkət
etdiyinizi və hansı dərsi aldığınızı deyin. Axı uşaqlarımıza təsir edən
tək biz deyilik, ona görə də ən yaxşı təsir edən biz olmalıyıq. 



6 Ağıl, istedad və məharəti yetkinliklə səhv salırıq. 

Uşağın
yetkinliyinə qiymət verəndə çox vaxt "ağıl”, "talant” sözlərindən
istifadə olunur və nəticədə valideyn istedadlı uşağının həyata hazır
olduğunu düşünür. Bu belə deyil. Məşhur idmançılar, Hollivud ulduzları
var ki, istedadları ilə çoxlarını heyran edirlər, ancaq adları ictimai
dava-dalaşlarda da çəkilir. Çünki insan, eləcə də uşaq hərtərəfli
istedadlı ola bilməz. "Kamillik, yetkinlik yaşı” deyilən şey yoxdur. 

Uşağa
hansısa işdə sərbəstlik vermək üşün xüsusi yaş həddi müəyyən edilmir.
Ən yaxşısı uşağın həmyaşıdlarını müşahidə etməkdir. Onların sizin
övladınızla müqayisədə daha sərbəst olduğunu görsəniz, uşaqda
sərbəstliyin inkişafını sizin ləngitdiyinizi anlayacaqsınız. 

ata-bala ishleyir 



7. Uşaqlara məsləhət gördüyümüz şeyləri özümüz etmirik. 

Uşaqlarımıza
arzuladığımız həyatın modelini yaratmaq biz valideynlərin borcudur.
Hərəkət və sözlərinə görə məsuliyyət daşımağı bacaran bir adam, bir
şəxsiyyət kimi yaşamaqda uşaqlarımıza kömək etməliyik. Bu işə biz yalnız
həqiqətlə başlaya bilərik. Ailənin başçısı valideyndir və seçim
edərkən, hətta xırda məsələlərdə belə hərəkət edərkən müşahidə
olunduğumuzu unutmamalıyıq, çünki uşaqlar bizə baxırlar. Qaydaları
pozmursunuzsa, uşaqlar qaydaların pozulmamalı olduğunu anlayacaqlar. 

Uşaqlara
başqalarına kömək etməyin, fədakar işin nə olduğunu göstərin.
Ətrafınızı daha da gözəlləşdirin, insanlara yaxşılıq edin, uşaqlarınız
da belə edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!