Diş çıxarmanın 6 əsas əlaməti

Diş çıxarmanın 6 əsas əlaməti
Bir Ana - Bir Bala
10.09.2017 6
Dişin çıxması prosesi ilk dişin görünməsindən çox əvvəl başlayır 

selikli-ushaq 

Uşağın
ilk dişi adətən 7-ci ayda çıxır. Amma hər uşağın özünəməxsus olduğunu
nəzərə alsaq, ilk dişlərin 7-ci aydan tez, yaxud gec çıxması da
normaldır. 



Dişin
çıxması prosesi isə ilk dişin görünməsindən çox əvvəl başlayır. Odur
ki, uşağınızın dişlərindən əvvəl onun əlamətlərini görə bilərsiz.
Uşaqlarda diş çıxarmanın 6 əsas əlaməti müəyyən olunub. 



1.
Selik. Seliyin çoxalması dişin çıxmasının birinci əlamətidir və selik
özünü dişdən çox əvvəl göstərməyə başlayır. Uşağın 10 həftəliyindən 3-4
aylığına qədər seliyi axır. Bəzən selik körpənin ağzının ətrafında,
boğazında qızartı əmələ gətirir, ya da yüngül öskürəyə səbəb olur. Yəni
qripin, soyuqdəymənin, allergiyanın başqa əlaməti yoxdursa, öskürəyə
səbəb selikdir. Seliyə səbəb diş! 



damagin-masaji2.Qaşıntı.
Uşaqların dişi çıxanda damağı qaşınır, ya da damaqda göy ləkələr əmələ
gəlir. Həkimlər narahat olmamağı məsləhət görür, ləkələr də, qaşıntı da
öz-özünə keçib gedəcək. Bərk, soyuq şey, məsələn, kök "gəmirərsə” dişə
cavab reaksiyası vermiş olar, uşaq rahatlayar (diş artıq çıxıbsa, kök
verməyin, dişləyə bilər). 



Yaxud
damağı masaj etmək olar. Uşaqlar adətən özləri barmaqlarını çeynəyərək
bunu edirlər. Ananın müdaxiləsi əvvəl xoşa gəlməyə bilər, ancaq damağa
təzyiq uşağı rahatladıqca sakitləşir. 



3.
Ağrı. Uşaqları adətən ilk dişlər incidir. Zərif damaq dişin çıxmasına
müqavimət göstərərək ağrıyır. Və diş damağı yarmağa başlayanda ağrı o
qədər olur ki, uşaq hər şeyə qıcıqlanır. Bəzi uşaqları diş heç
ağrıtmadığı halda, bəziləri həftələrlə ağlaya bilər. Elə olur ki, dişin
ağrısı qulağa, yanağa vurur. Uşaq üzünü, qulağını ovuşdurmağa başlayır
(amma bu hərəkətə səbəb qulaq ağrısı da ola bilər). 



Ağrı
uşağın qidalanmasına mane olur. Dişi çıxan uşaq damağı ağrıdığı üçün
bərk qidadan, bəzən hətta butılkadan, döşdən imtina edir. Narahat
olmayın, ağrı keçən kimi körpəniz yenə yemək istəyəcək. Əlbəttə, uşaq
yeməkdən gündə bir neçə dəfə imtina edərsə, həkimlə məsləhətləşmək
lazımdır. Yalnız bərk qidadan imtina edirsə, hələlik ana südü və ya süni
qida ilə kifayətlənmək olar. 



dish-chixaran-aglayan-qiz4.
Yuxusuzluq. Diş uşağı təkcə gündüz deyil, gecə də incidə bilər və
nəticədə rahat yatan uşaq da gecələr oyanmağa başlayar. Bu halda uşağa
tez-tez döş verməyə, onu davamlı olaraq qucaqda saxlamağa, yelləməyə
tələsməyin. Unutmayın ki, ağrı müvəqqətidir (çox vaxt uşağı yalnız ilk
diş incidir) və uşağın özünün sakitləşməsini gözləyin. Əks halda sizin
reaksiyanız vərdişə çevrilər və uşaq dişi ağrımayanda da gecələr yemək,
qucaqda gəzmək istəyər. 



Yatmamışdan əvvəl uşağı havada gəzdirmək, vanna etmək, damağın masajı faydalı olar. 



5.
Temperatur. Elə uşaqlar var ki, dişi çıxanda bədəninin hərarəti artır.
Normalda temperatur yalnız 38 dərəcəni keçərsə, həkimlə məsləhətləşib,
uşağa dərman vermək lazımdır. Ancaq elə uşaqlar var ki(məsələn, əmgəyi
bitişməyən), qızdırmaya davamı aşağıdır. Bu halda uşağın temperaturu 38
dərəcəyə çatmamış tədbir görmək gərəkdir. 



Bütün hallarda temperatur çox qalxmasa belə, 3 gündən artıq davam edərsə, həkimə müraciət etmək zəruridir. 



6.
Diareya. Bəzi uşaqların dişi çıxanda bağırsaqları pozulur. Əlbəttə,
pozuntuya məhz dişin səbəb olduğunu analar müəyyən edə bilməz. Odur ki,
uşağın nəcisində dəyişiklik olan kimi həkimə müraciət etmək vacibdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!