Ana südü ilə qidalanan körpənin əlavə qida və maye qəbulu

Ana südü ilə qidalanan körpənin əlavə qida və maye qəbulu
Bir Ana - Bir Bala
10.09.2017 55
Körpənin birinci yaşına qədər həyatındakı əsas hadisələrdən biri əlavə bərk qidaya başlamasıdır. 
Bu
ərəfədə "körpəyə ana südü çatmır, ana südü azaldı, körpənin əlavə
qidaya ehtiyacı var” kimi səhv fikirlər çox geniş yayılmışdır. Buna görə
də körpənin çəkisini artırmaq məqsədilə əmizdirmək əvəzinə əlavə qidaya
başlanır. 0-1 yaş müddətində ana südü körpənin vitamin, mineral, zülal,
yağ, su və s. ehtiyacını qarşılayan tək mənbədir. 4-6 aylarında
körpənin çəki artımının yavaşlamasının təbii olduğunu və əlavə qidalara
başlamaq üçün səbəb olmadığını bilmək lazımdır. 
Bu
müddətdə əsas olan körpəyə əlavə qida verilməsi deyil, onun hər
istədiyində ana südü ilə qidalandırılmasıdır. Vaxtından əvvəl əlavə
qidaya başlamaq, xüsusilə də ana südü əvəzinə verildiyində, körpənin
qidalanma keyfiyyətini azaldır. 

Körpənin
yalnız ana südü ilə qidalandırıldığında 6-cı aya qədər su, çay, kompot
və meyvə şirələrinə ehtiyacı yoxdur. Ana südü körpənin maye ehtiyacını
qarşılayır. Əlavə qidaya başlayanda körpəyə fincanla su içirtmək
tövsiyyə edilir. Meyvə şirələrini körpəyə vermək lazım deyil, çünki,
bunların qida yönündən faydası yoxdur. Körpənin çoxlu miqdarda maye
qəbulu onun az çəki almasına səbəb ola bilər. 

Əlavə
qidalara başlayanda, hər qida qəbulunda əvvəlcə ana südü, sonra əlavə
yemək vermək lazımdır. Bu qidalanma tərzinin körpənin bir yaşına qədər
tətbiq edilməsi tövsiyyə edilir.
Beləliklə körpə böyüməsi və inkişafı üçün bütün lazımi maddələri ana südündən alar və yeni əlavə qidalar dadmış olar. 
Əlavə
qidaya başlama vaxtı hər uşaq üçün eyni deyildir. Verdiyiniz əlavə
qidanı uşaq rədd edirsə bir-iki həftə gözləyib uşağınıza başqa bir qida
verməyiniz tövsiyyə edilir. 6-cı ayından sonra körpəyə püre formasında
qidalar verməyə ehtiyac yoxdur. Bu vaxt uşaqlar dişləməsi asan olan
yeməklər xoşlayırlar. 
Yaddan çıxarmaq lazım deyil ki, körpənin bir yaşına qədər vitamin, mineral, yağ, zülal və s. mənbəyi ana südüdür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!