Xoşbəxt uşaq böyütməyin 5 sirri

Xoşbəxt uşaq böyütməyin 5 sirri
Bir Ana - Bir Bala
10.09.2017 7
İnformasiya bolluğu dövründə yaşayanların uşaqlıqlarının valideynlərinin
uşaqlığından fərqli olduğunu deyən Pedaqoq Elif İpek ailələrə xoşbəxt
uşaq böyütməyin 5 sirrini açıqladı.



1. Övladınıza hörmət edin!

Ona
bir fərdmiş kimi davranmayın, o onsuzda bir fərddir. Hələ ana
bətnindəykən belə ləzzətli bir şey yediyinizdə o hiss edirdi! Ona bir
yetişkin kimi davranmayın, çünki o uşaqdır. Onun hisləri, duyğuları var.
Susdurmayın, izin verin özünü ifadə etsin. Söylədiklərini dinləyin,
günahlandırmaqdan çəkinin, özünüzü ona ifadə edin. Sınaqlarını
dəstəkləyin.

 

2. Sevginizi göstərin!

Bir çox
ailənin düşündüyü kimi "hər istədiyini edərək onu xoşbəxt etmək”
yanlışından uzaq durun. Sevginizi ona hörmət edərək, qucaqlayaraq,
dəstəyinizi onun arxasında deyil yanında hiss etdirərək, sağlam ünsiyyət
quraraq göstərin. Evinizdə hüzuru təmin edin. Uşağınızın özünü ailənin
tamamlayıcı bir parçası olaraq hiss etməsinə şərait yaradın.

 

3. Inkişaf prosesini izləyin!

Dövrümüzdə
övlad yetişdirmək, onu anlamaq heç də asan deyil. Bir pedaqoq ilə
birbaşa təmasda olun. Uşağınızın inkişaf xüsusiyyətlərini öyrənin,
bacarıq və qabiliyyətlərinin dəstəklənməsi üçün gərəkli olan sahələrini
kəşf edin, genetik keyfiyyətlərini pedaqoqla birgə aydınlaşdırın. Bu
bilgilərə istinad edərək onun özünü reallaşdıra biləcəyi ortamlar
yaradın.

 

4. "Uşaqdır” deyib keçməyin!

Uşağı
yerinə yetirilməli bir layihə olaraq görməyin. Siz özünü reallaşdıra
bilməsi üçün güvənəbiləcəyi bir lidersiniz. Direktoru, mühafizəçisi,
rəqibi deyil, rəhbəri olun. Onu yox hesab etməyin. Mükəmməlliyətçi və ya
tam tərsi laqeyd olmayın. 

Sizin üçün problem olaraq görünən
xüsusiyyətlər "böyütməyək, görməzdən gələk” dedikləriniz duyğu, düşüncə
və davranışlar gələcəkdə onun üçün bir problemə çevrilə bilər.
Pedaqoqunuzla məsləhətləşin, yönləndirmələr alın. Övladınıza özünü ifadə
edə bilməsi üçün rəhbərlik edin. 

 

5. Problemdən çıxış yolu tapmasına imkan yaradın!

Gərəksiz
yardımlardan çəkinin. Sizə bir məsələ iləbağlı fikirlərini ifadə
edəndə, həmin dəqiqə şərh verməyin. Məsələnin həllini ona hazır şəkildə
verməyin, axtarışlara sövq etməsinə imkan yaradın. Öz həll yolunu
soruşun. Təkliflərini tətbiq etməsi üçün dəstəkləyin, onları müşahidə
edin. Unutmayın, həll yolu tapmaq, onu tətbiq etmək, bunun məsuliyyətini
götürə bilmək 

övladınızın şəxsi keyfiyyətlərinin formalaşmasında mühüm rol oynayır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!