Uşaqlar niyə diqqət çəkmək istəyir?

Uşaqlar niyə diqqət çəkmək istəyir?
Bir Ana - Bir Bala
10.09.2017 7
Psixoloq Enise Öziç uşaqların diqqət çəkmək istəyi haqqında məlumat verdi. Bunun səbəbləri və verilən məsləhətlər aşağıdakılardır:

Psixoloq Enise Öziç, " Uşaqların diqqət çəkmək istəyişinin təməlində bir çox səbəblər durur. Ən başlıca səbəb uşaqların sevgiyə olan ehtiyacı ilə bağlıdır. Yəni hər uşaqda az və ya çox dərəcədə valideynlərindən və yaxın çevrəsindən özünəyönələn qayğı və diqqətə tələbat olur. Çünki uşaqlar üçün diqqət sevgi və hörmətin konkret ifadəsidir. Uşaqların diqqətə olan ehtiyaclarının ödənilməsi onların özünü güvəndə və dəyərli hissetmələrinə yol açar və bu vəziyyət gələcəkdə onların psixikası sağlam şəxsiyyət olaraq yetişmələrini təmin etdiyi söylənilə bilər.” deyə buyurdu.

 

DUYĞUSAL  LAQEYDLİK

Duyğusal laqeydliyin də uşağın diqqət çəkmə ehtiyacının yaranmasına səbəb ola biləcəyini söyləyən Psixoloq Enise Öziç, " Şübhəsiz ki, bir çox valideynlər övladlarının fizioloji və psixoloji baxımdan sağlam böyüməsi üçün əllərindən gələni edirlər.  Amma fərqində olmadan sərgilənən bəzi davranışlar uşaqların duyğusal tələbatlarının tam ödənilməməsinə yola açır. Araşdırmalara görə, duyğusal laqeydlik ata, ana və övlad arasında olan münasibətlərlə şərtlənir.  Məsələn, uşağa lazımi qayğı və diqqətin olmaması, uşağın psixoloji problemlərin önəmsəməmək, onun inkişafı ilə bağlı yersiz gözləntilər, uşağın maraqlarının ailənin maraqları ilə uyuşmaması və s. övladımıza olan sevgi və şəfqətimizin azlığı ilə nəticələnər. " deyə bildirir.

 

DİQQƏT ÇƏKMƏK İSTƏYİ HANSI DAVRANIŞLARDAN BƏLLİ OLUR?

Enise Öziç bizə bu məlumatları verdi:  uşağın diqqət, qayğı axtarışı onun öz iradəsi ilə baş vermir, çox zaman istəksiz şəkildə həyata keçər. Diqqəti özünə yönəltməyə çalışan uşaqlar tez – tez danışan valideynin sözünü kəsər, özünün maraqlandığı hər hansı obyekt və ya əşyanı davamlı olaraq ailəsinə göstərər, məşğul olduğu hər hansı fəaliyyət zamanı ailəsinin də özünə 

yoldaşlıq etməsini istər, təkid edər, digər bir deyimlə "uşaq” kimi davranar, yatağını isladar və s. bu davranışlarının da qarşılığını görmədikdə aqressivlik, ağlama, inadlaşma, uyumsuzluq göstərərək deyiləni eləməmək, tez – tez küsmək  kimi hallar meydana çıxar.  

 

UŞAĞA YERİNƏ YETİRİLMƏYƏCƏK SÖZLƏR VERMƏYİN !

Uşaqlarda nəzərlərin özünə çəkilməsinin bəlli bir yaş aralığı olmadığını söyləyən Psixoloq Öziç, bildirir ki, qayğı hər yaş dövründə istənən və gözlənilən bir davranışdır, sadəcə bu istəyin ifadə şəkli yaşa görə dəyişə bilər. Uşağın diqqətə olan tələbatının sıxlığı valideynlərin ona olan münasibətinə bağlıdır.



UŞAĞINIZIN SEVGİYƏ OLAN EHTİYACININ TAM QARŞILANMASI  ÜÇÜN AŞAĞIDAKILARA DİQQƏT:

1. Uşağa çox zaman ayırmaq yerinə ona keyfiyyətli zaman ayırın. Keyfiyyətli zaman dedikdə sadəcə uşağın fizioloji tələbatları deyil, eyni zamanda onun psixoloji, emosional, zehni  ehtiyaclarının da ödənilməsi nəzərdə tutulur.  

2. Uşaqla danışarkən mütləq şəkildə göz təması  olmalıdır. Eyni boy hündürlüyündə olmağa diqqət yetirilməlidir. Yəni, övladınızla ünsiyyət qurarkən göz kontaktının olması üçün diz üstə yerə çöküb danışmaq lazımdır. 

3. Gərəyindən artıq mühafizəkar və ya hədsiz dərəcədə laqeyd olmayın. Övladınızla demokratik şərtlərə uyğun davranın. 

4. Uşağın yanında ailədəki çətin vəziyyət, eləcə də  ata – ana arasındakı münaqişələr, uyumsuzluqlar haqqında danışmaq olmaz. 

5. Uşağa verilən sözlər çox böyük əngəl olmadıqca yerinə yetirilməlidir, yerinə yetirilməyəcək boş sözlər verilməməlidir. 

6. Uşağın sevildiyinin digər bir göstəricisi onu oxşama, öpmə, qucaqlama kimi mənəvi – emosional davranışların ifadə edilməsidir. Psixoloq Enise Öziç bildirir ki, uşaqların emosional ehtiyaclarının qarşılanması onlarda diqqət çəkməyə yönəlik davranışlarının sayını və sıxlığını azaldır. Amma onların uşaq olduğu unudulmamalı və yetkin insan kimi davranmaları gözlənilməməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!