İşləyən ana və övlad münasibətləri - 9 ən vacib məsləhət

İşləyən ana və övlad münasibətləri - 9 ən vacib məsləhət
Bir Ana - Bir Bala
10.09.2017 8
Uşaqlar
valideynlərinin daha çox vaxtlarını onlarla keçirmələrini çox sevirlər.
Müəyyən dövrdən sonra isə ananın işləməsinin uşaqlar tərəfindən o qədər
də xoş qarşılanmadığınının şahidi olursunuz.  Həm iş karyerasını uğurla
həyata keçirmək, həm də ana olaraq övladının inkişafı, təlim-tərbiyəsi
ilə məşğul olmaq o qədər də asan deyil.  Hər iki işi uğurla həyata
keçirmək üçün necə davranmalı olduğunuzu bilirsinizmi?

0-3
yaş arası dövrdə uşağın anaya daha çox ehtiyacı olur. Bu dövrdə ananın
övladı ilə daha çox vaxt keçirməsinin, onların fiziki və psixoloji
ehtiyaclarının qarşılanmasının önəmli olduğunu və bu yaş dövründə
emosional sferanın inkişafı baxımından övladın ana tərəfindən daha çox
diqqətdə saxlanmalı olduğunu nəzərə alaraq bu yaş dövrü üçün ananın
 övladına daha çox vaxt ayırması məqsədəuyğun hesab olunur.

Ananın
işləməsi və ya işləməməsi deyil, uşağa  ayrılan  zamanın keyfiyyətli
olması daha önəmlidir. Bu ananın övladına qarşı münasibətindən,
qayğısından asılı olan bir məqamdır.


Əgər
ana çalışırsa və vaxtının müəyyən bir hissəsini işdə, qalan qismini isə
ailədə keçirirsə bu zaman uşaqlarda hansı davranışları müşahidə etmək
olar?  Sizin iş həyatınızın övladınızın davranış və rəftarına, sizinlə
münasibətlərinə mənfi təsir etməməsi üçün necə yanaşmalısınız?

Əgər siz çalışan anasınızsa övladınız müəyyən davranışları ilə sizin diqqətinizi çəkməyə çalışacaq. Müşahidə olunan davranışlar:

Aqressivlik

Sevmədiyiniz bir işi irad tutmanıza baxmayaraq yenidən  etməsi

Siz işə gedərkən ağlaması

Siz evə gələrkən ağlaması

Yemək yemə zamanı kaprizləri

Qısqanclığı və s.



Övladınızın
bu kimi davranışlardan uzaq olmasını istəyirsinizsə bu zaman
övladınızla münasibətlərinizdə nəzərə almalı olduğunuz məqamları
unutmamalısınız.

İşləmənizlə bağlı səbəbi övladınızın yaş və fərdi xüsusiyyətlərini nəzərə alaraq ona  izah edin.

İşdə olduğunuz zaman da onunla maraqlandığınızı, yediyi, oynadıqları ilə bağlı məlumat aldığınızı övladınıza hiss etdirin.

İşiniz bitdikdən sonra evə gələcəyinizi, onunla birlikdə xoş vaxt keçirəcəyinizi, oyunlar oynayacağınızı ona bildirin.

İşdən sonra övaldınızla keçirdiyinizin zamanın keyfiyyətliliyinə  önəm verin.

Suallar
verin. Siz işdə olarkən nə işlərlə məşğul olduğu, nə yeniliklər
öyrəndiyi, hansı oyunlar oynadığını və s. ilə  bağlı məlumatları ondan
soruşmanız övladınıza xoş təsir bağışlayar.

Diqqətinizin
onda olduğunu hiss etdirin. Danışdıqlarına qulaq asırmış kimi göstərib
diqqətinizin başqa nədəsə olması övladınız üçün xoş olmaz.

Bir qədər yorğunluğunuz çıxdıqdan sonra birlikdə oyunlar oynayın.

Yuxu zamanında nağıl danışın.

Həftəsonlarını  gəzintilər təşkil edərək zamanınızı onunla birlikdə  keçirin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!