Körpə və ananın doğuşdan öncəki bazarlığı

Körpə və ananın doğuşdan öncəki bazarlığı
Bir Ana - Bir Bala
10.09.2017 19
Hamiləlik dövründə qadının xarici görünüşü nəzərə çarpacaq dərəcədə dəyişir:  sinə böyüyür, qarın hər ay inkişaf edir. Beləliklə, hər bir hamilə qadın istər-istəməz qarderob dəyişikliyi haqda düşünməli olur. Ancaq ilk trimestr müddətində qarderobunuz demək olarki dəyişməyəcək. Lakin sonrakı trimestrlərdəki fərq özünü çox gözlətməyəcək. Bundan əlavə hamiləlikdə hormonal dəyişikliklə əlaqədar gün ərzində bədəninizin temperaturu yüksələ və ya azala bilər. Bu səbəbdən elə geyim seçin ki, ehtiyac olarsa üzərinə rahatlıqla nəsə geyinə və ya əksinə soyuna biləsiniz. Bu dövrdə ayaqlar bəzən şişə bilər. Bu səbəbdən hər zamankı deyil, faktiki ölçünüzdə olan rahat, dabansız ayaqqabıları qarderobunuza əlavə etmək vacibdir.

Bəzən gənc analar yeni doğulmuş körpəyə lazım olacaqları müəyyən etməkdə çətinlik çəkir. Xüsusən də körpə ailədə ilkdirsə valideyinlərin təcrübəsizliyi vəziyyəti bir az da çətinləşdirir. İşinizi asanlaşdırmaq üçün sizə kiçik "must have” siyahısı təqdim edirik. Təqdim etdiyimiz siyahı istəyə görə qısaldıla və ya əksinə uzadıla bilər.

 

Ana üçün:

1. Bədən kremi- xüsusən qarın və sinə çatlarına qarşı istifadə oluanan krem və ya təbii yağlar

2. Sinə üçün qoruma bezləri və salfetlər (xüsusən südvermə dövrü üçün)

3. Südəmər dövr üçün byusqalter

4. Doğuşdan sonra geyilən qarın bandajı

5. Laktasiya üçün müxtəlif çay və təbii otlar

6. Slinq və ya kenquru

7. Süd sağma aparatı

8. Əmizdirmə üçün xüsusi ayrılmış yastıq.

 

Körpə üçün:

9. Bodi və köynəklər, alt geyimləri, papaqlar, qalın və nazik corablar

10. Bezlər

11. Uşaq arabası

12. Əmziklər, əmzik sterilizatoru və onu saxlama üçün qab – (silikon və ya lateks)

13. Butılka dəsti – 60, 120, 180, 250 ml

14. Yemək üçün stul

15. Yemək zamanı və həmçinin diş çıxarma dövründə ağız suyuna paltarı bulaşdırmamaq üçün sinə önlükləri

16. Qidanın vitamlərini maksimum qorumaq üçün buxar qazanı

17. Sərt qidaları yumşaltmaq üçün blendor

18. Körpə üçün düzgün otaq dərəcəsini saxlamaq üçün termometr

19. Hər ay körpənin çəkisini nəzarətdə saxlamaq üçün elektron tərəzi

20. Havanı nəmləndirən aparat

21. Çimmək üçün vanna və hamam dəsti (Dəsmal, çimmək üçün süngər, xüsusi oyuncaqlar və s.)

22. Uşaq sabunu, şampun, nəm salfetlər və nəmləndirici kremlər, pambıq çöpləri

23. Hamam üçün çobanyastığı, dəniz duzu, marqan və s.

24. Səpki əleyhinə vasitələr

25. Saç üçün daraq və dırnaq üçün qayçı

26. Burun təmizləmə üçün aspirator

27. Çarpayı üçün yay mövsümündə həşəratlardan qorunma üçün tül örtük

28. Diqqətin formalaşması üçün mühüm rol oynayan çarpayı üzərində karusel

29. Çox zəif işıqlı gecə lampası

30. Maşında səyahət və ya gəzinti üçün axıtmayan stəkanlar

31. Maşın üçün xüsusi təhlükəsizlik oturacağı.

32. Yellənən oturacaq və ya şezlonq  (Ananın özünə vaxt ayırması üçün əvəzsiz icaddır)

33. Oyun xalçası. Üzərində xüsusi rəsmlər olan bu xalça körpənin xüsusən iməkləmə dövründə inkişafı üçün müsbət rol oynayır.

34. Gimnastika topu. Əl və ayaq içi əzələləri inkişaf etdirmək üçün önəmlidir.

35. Dişlərin çıxmasını stimullaşdıran xüsusi oyuncaqlar

36. Uşaq arabası

37. Elektrik cərəyanlarını bağlama üçün dəst

38. İti künclərdən qorunmaq üçün qoruma vasitələri (ən azı uşaq otağı üçün)

39. Uşaq dərmanları saxlanılan qutu

40 . Uşaq paltarı üçün yuyucu vasitələr və uşaq qablarını yumaq üçün vasitələr

Uşaq üçün alacağınız geyim və yataq dəstinin pambıqdan olması vacibdir. Beləki, digər parçalar körpənin zərif dərisi ilə gündəlik təmasda olduğu üçün allergiya kimi xoşagəlməz hallara səbəb ola bilər. Bundan əlavə diqqət edin ki, geyimlər rahat geyinilib soyunula bilən olsun. Həmçinin geyim seçimi zamanı doğum vaxtını hesablayıb həmin fəsilə uyğun geyimlər almağı unutmayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!