Uşaq bezinin dəyişdirilməsi

Uşaq bezinin dəyişdirilməsi
Bir Ana - Bir Bala
10.09.2017 15
Bir yaşlı övladım bezi dəyişdiriləndə müqavimət göstərir və ağlayır. Onun bezini daha rahat dəyişmək üçün bir yol varmı? 



Sizin
övladınız ayaq açan andan uzanmaq, arxası üstə yatmaq və bezinin
dəyişdirilməsi müqabilində müqavimət göstərir, bezi dəyişdirilən zaman
əl-ayaq atır, qışqırır. Əlbəttə, bununla yanaşı, o sizə işinizi görmək
imkanı da verir. Övladınızın bu davranışının səbəbi onun öz oyununu
hətta bir neçə anlığa olsa belə, kəsmək istəməməsidir. 



Yeni ayaq açmış uşağın bezini daha rahat dəyişmək üçün aşağıdakı üsullardan istifadə edin: 



*
Bezə ad qoyun və uşağın bezini dəyişməzdən əvvəl onu marionet kimi
hərəkətə gətirin. Bezin adından məzəli dillə danışın və onun dili ilə
övladınızı çağırın. 

*Bezi
dəyişdirən zaman övladınızla ünsiyyət qurun. Onun gözünə baxın, onunla
danışın, mehribanlıqla üzünə gülün və dəyişib qurtarandan sonra onu
qucağınıza götürün. 

*Diqqətin
yayındırılması üsulundan istifadə edin. Bu üsul uşağın yeni ayaq açdığı
dövrdə işə yarayır. Onun fikrini ixtiyarına az-az verilən və ya onun
üçün təzə olan oyuncaq, yaxud başqa bir şeylə yayındırın. 

Həmin
şey, məsələn, kiçik əl işığı ola bilər. Yanıb-sönən və işığının rəngi
dəyişdirilən oyuncaqlar uşaq üçün çox əyləndirici və başqatandır. 

*Başqalarının
köməyindən istifadə edin. Ata, yaxud ailənin digər üzvlərindən biri
ağız-burnunu əyib özünü müxtəlif şəkillərə salmaqla yaxşı əyləncə
vasitəsi ola bilər. 

*Onun
barmaqlarının ucuna kiçik bir yapışqan yapışdırın və o həmin yapışqanı
barmağından qopardana kimi siz işinizi qurtaracaqsınız. 

*Onun
bezini güzgü qabağında dəyişdirin. Qoyun o, güzgüdə özünü müxtəlif
mimikalara salan, mahnı oxuyan sizi, həm də özünü görsün. 

*Qışda
əllərinizin və ya uşağın bişməcə olmaması üçün istifadə etdiyiniz
kremin temperaturuna diqqət edin. Sizin əllərinizin və ya kremin soyuq
olması onda bezinin dəyişdirilməsi barədə acı xatirə yaradır və onun
müqavimət göstərməsinə səbəb olur. 

*Onun
altını təmizləyəndə ayaqlarını böyür-başa atmasına imkan verin. O bu
işdən ləzzət alır və bezinin dəyişdirilməsi onun xoşuna gəlir. 

*Onun
bezini dəyişən zaman əsəbləşməkdən çəkinin. Sizin əsəbləşməyiniz ona
maraqlı gələr və sizi daha çox qıcıqlandırmağa çalışa bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!