Uşağınız dırnağını yeyir?

Uşağınız dırnağını yeyir?
Bir Ana - Bir Bala
10.09.2017 12
Övladınız
dırnağını yeyir? Bu adəti uşaqlarınızda tərgidə bilmirsiz? İlk vaxtlar
fikir vermədiyiniz bu adət artıq problemə çevrilib? Dırnaq yemək estetik
və gigienik deyil, ən əsası övladınız bu adəti ilə sizə psixoloji və
emosional problemlərinin olmasını göstərir.

Bəs niyə uşaqlar dırnaqlarını yeyirlər?

Tibbdə onixofaqiya (onixo –dırnaq, faqiya- yemə) adlandırılan bu xəstəlik bir çox səbəblərdənyarana bilər:

Həyəcan.
Uşaq daim narahatlıq hiss edəndə. Məsələn, evdə və ya məktəbdə cəza
almaq, lövhə qarşısında cavab vermək, pis qiymətlər almaq qorxusu;
ətrafda tanımadığı yeni insanlar görəndə; nəyi isə yerinə yetirə
bilməyəciyini düşünəndə;yarış və çıxışlardan əvvəl; ətrafdakılara öz
fikrini çatdıra bilməyəndə və s. kimi hallarda;

İrsilik. Əgər valideynlərdən birində bu adət varsa;

Daxili aqressiya. Uşaq özündən narazı olanda, özünüqiymətləndirmə aşağı olanda;

Fizioloji. Ola bilər ki, dırnaqları nazik və yumşaq olduğundan qırılmış dırnaqlar narahat etdiyinə görə;

Darıxmaq. Uşaq onu maraqlandıran işlə məşğul olmayanda və s.

Uşağın dırnaq yeməsi ilə necə mübarizə aparılmalı:

Uşağı
bu vərdişinə görə danlamayın. İlk söhbətinizdə mikrobların dırnaq
altına yığıldığını, ağız vasitəsi ilə bağırsağa düşərək orada çoxalması
haqqında danışın. Məsləhət görülür ki, mikrobların formaları, onların
inkişafı və çoxalması haqqında informasiyaları şəkil və ya video
köməkliyi ilə göstərəsiz;

Övladınıza hirsini "soyutmağı” öyrədin (çünki siz həmişə onun yanında
olmursuz) 10-a qədər say, gərgin olanda yumruğunu möhkəm yum və aç,
dərindən nəfəs al və s.;

Dırnaqların səliqəli və təmiz olmasını izləyin;

Əllərini ağzına aparmaq istəyəndə fikrini yayındırın, müxtəlif işlərlə uşağı məşğul edin;

Allergiyası olmayan uşaqlar üçün limonlu, nanəli və ya lavandalı aromaterapiyalar təşkil edin;

Dırnaqları nazik olduğu halda kalsium verin;

Övladınızı əzizlənməkdən məhrum etməyin. Çünki sağlam mühitdə yaşayan uşaq sağlam ruha sahib olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!