Uşağınızla birlikdə idmanın 10 faydası

Uşağınızla birlikdə idmanın 10 faydası
Bir Ana - Bir Bala
10.09.2017 8
Valideynlər
etdikləri idmanla öz sağlamlıqlarını qorumaqla yanaşı eyni zamanda
uşaqlarına da sağlam həyat tərzi keçirmək fikrini aşılamış olurlar. Hər
zaman validyeni özünə nümunə götürən uşaq onun faydalı və sevimli
vərdişini də təkrarlamağa çalışacaqdır. 



Valideynlərin uşaqla birlikdə idmanın aşağıdakı faydaları mövcuddur: 



1. İdman sayəsində daha çox vaxt keçirib, daha çox əylənə bilərsiniz. 



2. Ailənizin komanda ruhunu inkişaf etdirərsiniz. 



3. Onu kompüterin qarşısından qaldırmaq və təbiətə çıxmaq üçün cəlbedici səbəbdir. 



4. İdman onu həyatı boyu daha çox özünə inamlı və intizamlı, dərslərinə də eyni intizamla yanaşmağa sövq edəcəkdir. 



5. Uşağınızla idman etmək səbəbilə siz də məşğulluq ucbatından ötürdüyünüz idmana vaxt ayırmış olacaqsınız. 



6. Ailəvi tətilə çıxdığınız zaman birlikdə məşğul ola biləcəyiniz daha çox fəaliyyət olacaqdır. 



7. İdman uşağınızı yoracağından axşam mışıl-mışıl yatamağına səbəb olacaq, siz isə özünüzə vaxt ayıra biləcəksiniz. 



8. Artıq enerjisini idman edərək atdığı üçün daha dinc uşaq olacaq, siz isə daha xoşbəxt və rahat bir valideyn olarsınız. 



9. Yalnız valideyni deyil, ən yaxın oyun və komanda yoldaşı olarsınız. 



10. Yarışda və həyatda uduzsa-udsa da hər zaman onun yanında olacağınızı öyrənməsini təmin edərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!