Kariesin yaranma səbəbi

Kariesin yaranma səbəbi
Bir Ana - Bir Bala
10.09.2017 19
Karies - dünyada ən çox yayılan xəstəliklərdən sayılır. 



Əhalinin
99% -i bu xəstəlik haqda məlumatlıdır. Bu günə qədər alimlər kariesin
yaranma mexanizminin 400 -ə yaxın teoriyasını araşdırmışlar. 



Müasir
iddialara görə kariesin yaranma səbəbi ağız boşluğunda yaşayan
mikroorqanizmlərdir. Bu mikroblar (məs. streptokoklar) diş emalını
korlayan turşu istehsal edirlər. 



Bakteriyaların
isə əsas qida mənbəyi - qlyukoza sayılır. Belə ki , bizə çox şirni
yeməyi qadağan edən, ana və nənələrimizin rəyləri düzgün idi. Həmçinin,
şirni yeməklə gözəl və sağlam dişlər üçün lazımlı olan kalsiy və ftor
elementlərini almırıq.Bilin ki, ftor tərkibli məhsul yemək və dişləri
ftor tərkibli pasta ilə təmizləmək, kariesin yaranma təhlükəsinin 2 dəfə
azaldır. 



Kalsiy və ftorla zəngin olan məhsullar: 



Ftor - balıq, çay, yumurtanın sarısı, qaraciyər. Kalsiy - süd məhsulları, balıq, kələm, kök və s. 



Stomatoloqlar
tövsiyə edir ki, gündəlik qida rasionunuza bərk məhsulları əlavə
edəsiniz. Buna misal olan təbii meyvə və tərəvəzlər, həm orqanizmi
vitaminlə təmi edir, həm də dişləri təmizləyir 



Kariesin
pis cəhətlərindən ən başlıcası da odur ki, onu ilk mərhələlərdə müəyyən
etmək olmur. Zədələnmiş diş, sağlam görsənir, nə ağrayır, nə də soyuq
və ya istiyə reaksiya verir. 



Zamanla
dişin emalı solur, parıltını itiri, yumuşaqlaşır, çətinliklə görünən ağ
ləkə əmələ gəlir. Məhz bu - karioz ləkə adlanır. Əgər bu ləkəni
vaxtında görüb, müalicə etməyə qərar versəniz, bu çox asanlıqla aradan
qaldırıla bilər (müalicəvi laklardan istifadə ilə). 



Kariesi
ilk mərhələlərdə yalnız stomatoloq müəyyən edə bildiyindən, diş
həkiminə mütəmadi olaraq getmək lazım olduğunu unutmayın...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!