Sanki nağıldı hekayəmiz...

Sanki nağıldı hekayəmiz...
Bir Ana - Bir Bala
10.09.2017 28
Biz bir gündə anadan olmuşduq...

Analarımızın rəfiqə olduğu üçün ikimizi də biryerdə dünyaya gətirmişdilər...
[/b]
Hətta anam deyir ki, bizi biryerə yatırırmışlar və "2 mələk" adı verirmişlər.

İlk dostum da sən oldun, gözümü açandan ilk gördüyüm oğlan idin...

Səninlə oynayıb qutarandan sonra da səni düşünürdüm.


Uzaqdan məni görüb qaçaraq yanıma gələrdin, əlində də gül, hansı gül ki, adicə otun içində qəfildən bitib, lazımsız bir çiçək... mənim üçün bir buket anlamı daşıyırdı... çünki onu sən hədiyyə eləmişdin...

  Mənim əsl dostum, həmişə yanımda idin. Paltarlarımızı belə cüt geyərdik.

Anan sənə şirin kökə bişirərdi, tək yeməzdin, mənimlə bölüşərdin...

Ən sevdiyim səs sənin adımı düzgün tələffüz eliyə bilmədiyin söz idi.

Məktəbə bir getdik. Gündə yanıma gəlib dərsləri məndən köçürürdün. Bu sualı sənə hələ indi verirəm niyə dərslərini oxumurdun? Elə 11 il məndən köçürmüsən. 

Elə utanırdım ki... Dərs boyu gözlərini məndən çəkmirdin... Yadındadı? Müəllim səni cəzalandırıb küncə qoymuşdu, fikrin dərsdə olmadığına görə...O günlərə qayıtmaq istərdim... kaş mümkün olaydı...
 
 Son zəngdə bir çıxmışdıq, mənə aldığın buket elə böyük idi ki, heç çəkilişdə düşməmişdim buket üzündən, onu yerə qoymaq istəmədim...
 
Anan həmişə bizə gələn idi, mən hardan biləydim ki, o gün bizə gələndə bizim xeyr iş üçün gəlib?! Anan dedi "Hə" aldığınız gecə sevincdən yatmamısan.
 
Bizim toyumuz indi kimi gözümün qabağındadı... Necə sevinirdi hamı... düzdü, paxıllar da var idi...
 
Biz yuva qurduq, ama göz yıxdı... Qismət belə imiş, səni əlimdən aldı Tanrım. Yaxşı insanları ALLAH yanına tez apararmış. 

[b] Körpəmiz sənin əksindi sanki, necə bənzəyir sənə. Kaş ki, qismət olardı görərdin. Adını körpəmizə qoydum.

 
 
 Elə tez tez soruşur ki, səni məndən, deyirəm çox uzaqlardadı, birgün yanına gedəciyik. O da suallarla bezdirir məni, elə hey deyir nəvaxt gedəciyik? Deyirəm onu ALLAH bilər...

ALLAH nəvaxt məsləhət biləcək onda gələcəm yanına, körpəmizi gətirə bilməsəm də tapşıracam ki, mən öləndə şəkilini yanıma qoysunlar, gətirəcəm sənə...

Səni sevirəm... Gözlə məni yaşıl ağacların altında... Ora gələcəm gələndə...



P.S Oxuyana minnəttaram !!!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!