Uşaqlarda yerini islatma

Uşaqlarda yerini islatma
Bir Ana - Bir Bala
10.09.2017 19
Ailə
olmaq bir çox adamın xəyalı, xoşbəxtlik verici bir faktdır. Lakin ailə
olanda uşaqların çətinliklərini görməzlikdən gəlmək böyük problemləri də
özü ilə gətirə bilir. Gecələr altını islatma problemi yaşayan uşaqlar
şəxsiyyət inkişafı baxımından bu vəziyyətdən mənfi təsir görür. Özünə
qapanan uşaq utandığı üçün bunu sirr olaraq saxlayır, yoldaşları ilə
birgə yaxşı vaxt keçirtmir; yay düşərgələri, məktəb gəzintiləri kimi
fəaliyyətlərdə iştirak etmir. İlk öncə problemin səbəbi müəyyən
uşaqlarda altını islatmazdan əvvəl problemin səbəbinin təyin olunmasının
lazımdır 



"Əgər
uşaq tualet "təhsili almış” və tualetini etməkdə bir problem yaşamırsa,
altını islatma probleminin psixoloji səbəbdən ola biləcəyini düşünmək
lazımdır. Boşanma, ölüm, çətin şərtlər altında yaşamaq, məktəbə yeni
başlama kimi problemlər uşaqlarda gecələr altını islatmalarına səbəb
olur. Altını islatma valideynlər üçün olduğu qədər uşaq üçün də olduqca
çətin bir vəziyyətdir. 



Gecələr
altını isladan uşaq, özünü daha etibarsız, utanmış və narahat hiss
edir. Qardaş qısqanclığına diqqət yetirilməlidir. Altını islatmayan
kiçik qardaş qısqanclığına da diqqət yetirilməsi lazımdır, bu kimi
vəziyyətlərdə ailəyə böyük məsuliyyətlər düşür. Evə yeni bir körpə
gələndə ailə kiçik körpəyə daha çox diqqət ayırır və onu qoruyur. Axı
yeni doğulan körpə həm də müdafiəsizdir. Beləcə uşaq özünü təcrid
edilmiş hiss edə bilər. ”Əgər ailə dərhal altını isladan uşaqla
maraqlansa, ailəsinin onu da çox sevdiyini düşünəcək. Ailə sevgi
paylaşmasını tarazlıqda tutmalı, böyük uşaq və kiçik uşaq arasındakı
paylaşmaları eyni etməli, bu problemin ortadan qalxmasına böyük ölçüdə
köməkçi olmalıdır” 



.Ailənin
uşağa yanaşması necə olmalıdır?Gecələri altını islatma çox həssas bir
vəziyyət olduğu üçün uşağa da həssas bir şəkildə davranmanin
əhəmiyyətlidir. "Uşaqlarda qısqanclığa bağlı olaraq meydana gələn bu
vəziyyətin hər kəsin başına gələ biləcəyini ailələr qəbul etməlidir.
Altını isladan uşağı cəzalandırmaq da təsirsizdir, bunun yerinə problemi
qəbul edib həll yolları axtarmaq lazımdır. Problemin həllinə
istiqamətli olaraq bu davranışın altında yatan səbəblər olmalı və
ortadan qaldırılmalıdır. Bu mənada bir psixoloqun fikirinə müraciət
edilərək professional kömək alınması yardım edəcək. Ailələr bundan başqa
səbirli olmalı və uşağa vəziyyətin düzəlməsi üçün zaman verməlidir.
Çünki bu problemi yaşayan uşaqlar da ən azı ailələri qədər bu
vəziyyətdən narahatdır və tezliklə həll olunmasını istəyirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!