Uşağınız piylənmə təhlükəsindədir?

Uşağınız piylənmə təhlükəsindədir?
Bir Ana - Bir Bala
10.09.2017 33
Son 20 ildə 5 yaşından kiçik olan uşaqlarda piylənmə riski 60% artması tendensiyası müşahidə edilir. 



Ümumdünya
Səhiyyə Təşkilatının məlumatına görə 2013-cü ildə 5 yaşından kiçik
dünya uşaqlarının 42 milyondan çoxu piylənməyə məruz qalıblar. 

"Toppuş”
uşaqlar əksər insanlarda "şirin” təəssüratı yaratdığından valideynlər
və xüsusilə nənə-babalar uşağın kökəlməsi üçün canfəşanlıq edirlər.
Uşağın körpəlikdən kök və ya arıq olması gələcəkdə piylənməyə məruz
qalacağı və ya qalmayacağı haqda konkret fikirlər yürütməyə səhih əsas
vermir. Lakin uşaqların ilk günlərdən qidalandırılma prosesinin nə cür
olması onların piylənməyə məruz qalma riskinə birmənalı olaraq təsir
edir. 



Mədənin genişlənməsinə və nəticədə piylənməyə səbəb olan yedizdirmə üsulları: 



-
Təmiz boşqab üsulu – uşağı doyana kimi deyil, qabını tam boşaldana kimi
yedizdirmək. Əslində kiçik yaşlarından uşaqları israf etməməyə və son
loxmaya kimi yeyib bitirməyə alışdırmaqda heç bir qəbahət yoxdur. Sadəcə
yemək çəkərkən uşağın yeyə biləcək miqdarı böyüklər düzgün təyin
etməlidirlər. Ən dəqiq miqdarı təsəvvür etmək "uşaq yumruğu porsiyası”
prinsipinə əsaslanmaq olar. Hər bir insanın mədəsi onun yumuruğu
həcmindədir. Uşağınızın yumuruğu ölçüsündən daha az qoyulan yemək çox
ehtimal ki, sona qədər bitiriləcəkdir. Unutmayaq ki, mədədə yeməkdən
əlavə su və hava üçün də yer qalmalıdır. 



-
Cəza və ya mükafat üsulu. Uşaqlarda qida nə cəza ("yeməyi yeməsən
ciblərinə tökəcəm”, "bunu yeməsən gəzməyə getməyəcəyik”, vurmaq,
qışqırmaq və s.), nə də hədiyyə ilə asossiasiya edilməməlidir. Əks
təqdirdə uşaqlarda yetkinlik yaşından başlayaraq qidalanma vərdişlərində
bir sıra ciddi psixoloji problemlər yarana bilər. 



-
Dağınıq fikir üsulu. Adətən valideynlər uşağın fikrini yayındırmaq üçün
hadisələr nağıllamaq, cizgi filmi göstərmək, dilə və söhbətə tutmaqla
yedizdirirlər. Bu zaman uşaq nəyi və nə qədər yediyini bilmədən
avtomatik olaraq ağzını açır və udur. Bəzi valideynlər isə işlərini daha
da asanlaşdırmaq üçün bütün növ yeməkləri blenderlə püre halına
salırlar. Axıcı və çeynəmədən asan udulan qida qəbul etməyə öyrəşən
uşaqların gələcəkdə çeynəmə problemləri yaranır. Unutmayaq ki, çeynəmə
prosesi özü-özülüyündə sağlam qidalanmanın əsaslarındadır, ağız-çənə
orqanları üçün çox faydalı və vacibdir. 



Müəllif: Səltənət Zülfüqarovaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!