Uşağınızın sizi sevdiyini göstərən 7 işarə

Uşağınızın sizi sevdiyini göstərən 7 işarə
Bir Ana - Bir Bala
10.09.2017 27
Yeni doğulmuş körpəniz gözlərinizin içinə baxırsa

Dünyaya yenicə qədəm qoyan körpəniz mənasız baxışlarla ancaq
gözlərinizin içinə baxır, çünki üzünüzü əzbərləməyə çalışır. Onun üçün
nə qədər əhəmiyyətli olduğunuzu hər keçən gün daha çox qavrayır və yaxın
zamanda onun vazkeçilməzi halına gəlirsiniz. 

İki dəqiqə belə yanından ayrılmağınıza icazə vermirsə

Körpəniz 8 ilə 12 aylıq olduğu zaman otaqdan çıxıdığınız anda üz-gözünü
turşutmağa və ətrafına diqqətlə baxmağa başlayırsa və siz gəldiyiniz
zaman bu ifadələrin yerini onun şirin gülüşləri əvəz edirsə, bu artıq
"Sənsiz bir anım belə olmasın, ana" demək kimi bir şeyidir.

Balacanız ara-sıra hirslənirsə

Bütün bu ağlayıb qışqırmaların səbəbi sizi sevməkdən yorulduğu mənasına
gəlməz. Bu sadəcə o ana duyduğu qəzəbdir, bu müddət keçdikdən sonra sizə
qarşı sevgisi yenə əvvəlki kimi olacaqdır. Unutmayın ki, sizi bu qədər
çox sevməsə, hirslənməzdi.

Yıxıldığı zaman və ya üzgün olduğu zamanlarda sizi qucaqlamaq və ya qucağınıza gəlmək istəyirsə

1-2 yaş qrupu arasında olan uşaqlar "səni sevirəm" kəlməsinin mənasını
anlamaya bilərlər. Amma hərəkətləri sözlərdən daha çox şey ifadə edər.
Üzgün olduqları zamanlarda təsəllini sizdə axtarmaqları onların sizə
qarşı olan gerçək sevgisinin sübutudur.

Məktəb yaşındakı uşağınız sizə hədiyyə vermək istəyirsə

Bağçadan topladığı çiçəklər, parıltılı bir daş və ya başqa bir kiçik
hədiyyə onun sizə özəl olduğunuzu söyləmə şəklidir. Sizi xoşbəxt görmək
onu çox sevindirir.

Etdiyi kiçik dəcəllikləri görmənizdən qorxursa

Körpəniz etdiyi kiçik dəcəlliklərdən söhbət açdığınızda utanıb
çəkinirsə, bu sizə qarşı olan sevgisindən və dərin hörmətindən irəli
gəlir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!