Tərbiyəli övlad yetişdirməyin sadə üsulları

Tərbiyəli övlad yetişdirməyin sadə üsulları
Bir Ana - Bir Bala
10.09.2017 8
Övladını
tərbiyəli bir insan olaraq yetişdirmək istəyi hər bir valideynin
arzusudur. Bəzən müəyyən məqamlarda nəzərə almadığınız məqamlar sonradan
öz fəsadları ilə diqqəti çəkir.

Bu sadə üsullar haqqında bir daha düşünməyiniz faydalıdır:

- Sistemlilik prinsipini
əsas tutun.  Övladınızın tərbiyəsində hər ikinizin eyni istiqamətli iş
görməniz önəmlidir. Ana bir, ata isə tamam başqa söz deyəcəksə uşağın
fikirləri qarışacaq və burada tərbiyədən danışmaq çətin olar.

- Nəzarətinizi
əksik etməyin. Dərslərinə, dostlarına, yuxusunun düzgün
tənzimlənməsinə, televiziya qarşısında keçirdiyi zamana, oynadıqlarına
və s.  qarşı diqqətli olun. Övladınıza hiss etdirmədən də nəzarət etməli
olduğunuz məqamlar olduğunu da unutmayın.

- Səhvlərindən
nəticə çıxarmasına icazə verin. Eyni zamanda müxtəlif situasiyalarda
birbaşa çıxış yolu təklif etməniz onun özünün bu bacarığını inkişaf
etdirməsinə mane olar.

- "Etmə”, "olmaz” əvəzinə izahlar
verin. Qadağalarınız övladınız üçün daha maraqlı olacaq.  "Etmə”  demək
əvəzinə nə üçün etməməli olduğunu izah etsəniz səbəbin aydınlaşmasına
kömək etmiş olarsınız.  

- Övladınıza düzgün
olmağı öyrədin.  Siz də hər zaman öz düzgünlüyünüzlə övladınıza nümunə
olaraq bu davranışı möhkəmləndirin. Övladınıza "yalan danışma”  demək
əvəzinə, "sənə inanıram” "doğru olanı  deməyini istəyirəm” və s. kimi
ifadələr daha uğurludur.

- Məsuliyyətli olmağı öyrədin. Ona məsul işlər verərək vərdişi formalaşdıra bilərsiniz.

- Hörmət
etməyi öyrədin. İnsanlara hörmət etməyi, özündən böyüklərə qarşı
hörmətlə yanaşmağı öyrədin. Nümunəsi siz olduğunuzu unutmayın.

- Dəyər
verməyi öyrədin. İlk olaraq övladınıza dəyər verin ki, bunun necə bir
hiss olduğunu bilsin və o da bu hissi yaşayaraq  ətrafına da dəyər verə
bilsin.

- Sevməyi öyrədin. Hər işin təməlində sevgi dayanır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!