Xoşbәxt uşaq böyütmәk istәyirsinizsә... - 10 qızıl qayda

Xoşbәxt uşaq böyütmәk istәyirsinizsә... - 10 qızıl qayda
Bir Ana - Bir Bala
10.09.2017 6
Bütün valideynlәr övladlarının xoşbәxt olmasını istәyir vә bunun üçün çalışırlar.
Lakin çox zaman uşaqlarını xoşbәxt etmәk üsulunu düzgün tәtbiq edә bilmirlәr. Türkiyәli pxisoloquzman
Qamze Eser uşağı xoşbәxt böyütmәyin qaydaları haqqında maraqlı araşdırma aparıb.
Türkiyәli mütәxәssisin 10 qızıl qaydasını sizә tәqdim edirik.



Tutarlı olun

Tutarlılıq hәr kәsin özü üçün istәdiyi, amma çox vaxt qarşısındakına tәtbiq etmәdiyi bir anlayışdır.
Uşaqların böyüdülmәsi vә tәrbiyә edilmәsindә әhәmiyyәtli davranış formalarından biri dә budur.
Düzgün rol modeli ola bilmәk üçün sözlәrimizlә davranışlarımız bir­biri ilә üst­üstә düşmәlidir. Hәr
zaman paylaşmanın vacib olduğu haqqında danışan bir atanın, tәcili olaraq ehtiyacı olan dostuna
avtomobilini vermәmәsi tutarsızlığın әn sadә nümunәsidir.

 

Sevginizin düzgün nümayişi

Şübhәsiz hәr ana­ata uşağını çox sevir. Әhәmiyyәtli olan bunu doğru şәkildә göstәrmәk vә
sevginin şәrtsiz olduğunu öyrәtmәkdir. Şәrtlәr vә istәklәr üzәrindә qurulmuş sevgi әlaqәlәri, hәm
qarşılıqlı güvәni şübhә altına alır, hәm dә dәyәrsizlik hissi yaşadır. Hәr bir insan şәrtsiz sevildiyi
zaman xoşbәxtdir vә şәrtsiz sevmәyi öyrәndiyi zaman hüzurludur.

 

Rәqabәti deyil, әmәkdaşlığı öyrәdin

Hәr kәs rәqabәt mühitindә yaşaya bilmәk iqtidarında deyil. Sözsüz ki, bu hәr kәsә eyni tәsir
göstәrmir. Lakin bu, әmәkdaşlıq duyğusu, inteqrasiya, tәlimçi vә içindә hörmәt saxlayan bir
duyğudur. Komanda idman növlәri, qrup işlәri, birlikdә oyun oynamaq, mәktәb layihәlәri kimi
fәaliyyәtlәrdә birlәşdirici vә tamamlayıcı yanaşmada olmağa üstünlük verin.

 

Edә bilәcәyi işlәri әlindәn almayın

Uşaqlar hansı yaşda olursa­olsun işә yaradığını hiss etmәk istәyir vә bu duyğu onların var olma
motivlәrini güclәndirir. Nәrdivanla çıxmaq, masa hazırlamaq, qapını açmaq vә bunun kimi hәr
yaşa uyğun bәzi fiziki hәrәkәtlәri reallaşdırmasına icazә vermәk uşağınızın özünә inamını
möhkәmlәndirir vә bacara bilmәk duyğusunu yaşamağını tәmin edәr. Bu duyğunu uşağınızın
әlindәn almayın.

  

Hörmәt öyrәdin

İnsanın sahib olması lazım olan әsas duyğulardan biri dә özünә vә başqalarına hörmәt etmәsidir.
Uşaqlarımıza bunu yalnız davranışlarımızla göstәrә bilәrik. Çünki onlar bizim aynamızdır. Onlar
nә danışdığımıza deyil, necә davrandığımıza baxarlar vә özlәrini bu formada istiqamәtlәndirәrlәr.
Dostlarımıza, hәyat yoldaşlarımıza göstәrdiyimiz hörmәt onlar üçün bir göstәricidir.

 

Mükәmmәl heç nә yoxdur

Hәr şeyin әla olmasını istәmәk uşağa zәrәr verir. Heç kim mükәmmәl deyil. Heç siz dә deyilsiniz.
Özünüzdә çatışmayanları vә özünüzün etmәdiklәrinizi uşaqların etmәsini istәmәk vә onları buna
mәcbur etmәk onları xoşbәxt böyütmәyә imkan vermәyәcәk.

 

Keçmişlә yaşamaq vә yaşatmaq

Davamlı olaraq keçmişdәn bәhs etmәk, yaşanan mәnfi halları durmadan xatırlamaq, etdiyiniz
sәhvlәri bağışlamamaq uşaqlarınızın sizdәn uzaqlaşmasına vә onları anlayacaq başqa birilәrini
axtarmağa vadar edә bilәr. Bunun yerinә bağışlayın, dinlәyin vә keçmişdә yaşamağa çalışmayın.

 

Ona önәmli olduğunu hiss etdirin

Hamımız sevdiyimiz insanlar tәrәfindәn qiymәtli olduğumuzu hiss etmәk vә bilmәk istәyәrik.
Uşaqlara qiymәtli olduqlarını maddi formada göstәrmәyә çalışmayın. Bu halda onlar dәyәrli
olduqlarını sәhv formada anlayacaqlar. Eyni zamanda siz onların xoşbәxtliyin tәmәlinin pula bağlı
olduğunu göstәrmiş olacaqsınız. Uşaqların özlәrini әhәmiyyәtli hiss etmәlәri üçün sizin gözәl
 olduğunu göstәrmiş olacaqsınız. Uşaqların özlәrini әhәmiyyәtli hiss etmәlәri üçün sizin gözәl
sözlәriniz vә davranışlarınıza ehtiyacı var.

 

Müqayisә etmәyin 

Müqayisә edilmәyi sevәn insan yoxdur. Xoşunuza gәlmәyәn, tәhqiredici vә özünә inam hissini
aşılayan bu davranışı uşaqlarınıza tәtbiq etmәyin. Hәr kәs dünyaya fәrqli barmaq iziylә gәlib.
Demәk, heç kimin mәktәbdә aldığı tәhsili, ictimai vә fiziki bacarıqlarını bir başqası vә ya başqaları
ilә müqayisә etmәk olmaz. Hәr kәs xüsusidir. Hamımızın bacarıqları fәrqlidir. Daim yaşıdları ilә
müqayisә edilmәk uşaqları bәdbәxt edir.

 

Sual vermәk bacarığı

Uşaqlarınızın istәklәri, davranışları, fikirlәri ilә maraqlanın. Bunun üçün suallar verin vә cavablar
gözlәyin.
Әsla mühakimә etmәyin, "mәn elә istәyirәm, elә olacaq!” demәyin. Uşağınıza "bәli” vә ya "xeyr”
cavabını verәrkәn mütlәq sәbәbini dә izah edin. Bu halda o da sual vermәyi vә hәr deyilәnin
doğru olmadığını öyrәnәcәk.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!