İşləyәn ana vә övlad münasibәtlәri ­9 әn vacib məsləhət

İşləyәn ana vә övlad münasibәtlәri ­9 әn vacib məsləhət
Bir Ana - Bir Bala
10.09.2017 17
Uşaqlar valideynlәrinin daha çox vaxtlarını onlarla keçirmәlәrini çox sevirlәr.
Müәyyәn dövrdәn sonra isә ananın işlәmәsinin uşaqlar tәrәfindәn o qәdәr dә xoş
qarşılanmadığınının şahidi olursunuz. Hәm iş karyerasını uğurla hәyata keçirmәk, hәm dә ana
olaraq övladının inkişafı, tәlim­tәrbiyәsi ilә mәşğul olmaq o qәdәr dә asan deyil. Hәr iki işi uğurla
hәyata keçirmәk üçün necә davranmalı olduğunuzu bilirsinizmi?
 0-­3 yaş arası dövrdә uşağın anaya daha çox ehtiyacı olur. Bu dövrdә ananın övladı ilә daha çox
vaxt keçirmәsinin, onların fiziki vә psixoloji ehtiyaclarının qarşılanmasının önәmli olduğunu vә bu
yaş dövründә emosional sferanın inkişafı baxımından övladın ana tәrәfindәn daha çox diqqәtdә
saxlanmalı olduğunu nәzәrә alaraq bu yaş dövrü üçün ananın övladına daha çox vaxt ayırması
mәqsәdәuyğun hesab olunur.

 

Ananın işlәmәsi vә ya işlәmәmәsi deyil, uşağa ayrılan zamanın keyfiyyәtli olması daha önәmlidir.
Bu ananın övladına qarşı münasibәtindәn, qayğısından asılı olan bir mәqamdır.

Әgәr ana çalışırsa vә vaxtının müәyyәn bir hissәsini işdә, qalan qismini isә ailәdә keçirirsә bu
zaman uşaqlarda hansı davranışları müşahidә etmәk olar? Sizin iş hәyatınızın övladınızın
davranış vә rәftarına, sizinlә münasibәtlәrinә mәnfi tәsir etmәmәsi üçün necә yanaşmalısınız?



Әgәr siz çalışan anasınızsa övladınız müәyyәn davranışları ilә sizin diqqәtinizi çәkmәyә
çalışacaq. Müşahidә olunan davranışlar:

-Aqressivlik
­

-Sevmәdiyiniz bir işi irad tutmanıza baxmayaraq yenidәn etmәsi
­

-Siz işә gedәrkәn ağlaması

-­ Siz evә gәlәrkәn ağlaması
­

-Yemәk yemә zamanı kaprizlәri
­

-Qısqanclığı vә s.

 

Övladınızın bu kimi davranışlardan uzaq olmasını istәyirsinizsә bu zaman övladınızla
münasibәtlәrinizdә nәzәrә almalı olduğunuz mәqamları unutmamalısınız.

-İşlәmәnizlә bağlı sәbәbi övladınızın yaş vә fәrdi xüsusiyyәtlәrini nәzәrә alaraq ona izah edin.
­ İşdә olduğunuz zaman da onunla maraqlandığınızı, yediyi, oynadıqları ilә bağlı mәlumat
aldığınızı övladınıza hiss etdirin.
­

-İşiniz bitdikdәn sonra evә gәlәcәyinizi, onunla birlikdә xoş vaxt keçirәcәyinizi, oyunlar
oynayacağınızı ona bildirin.

-­ İşdәn sonra övaldınızla keçirdiyinizin zamanın keyfiyyәtliliyinә önәm verin.
­

-Suallar verin. Siz işdә olarkәn nә işlәrlә mәşğul olduğu, nә yeniliklәr öyrәndiyi, hansı oyunlar
oynadığını vә s. ilә bağlı mәlumatları ondan soruşmanız övladınıza xoş tәsir bağışlayar.
­

-Diqqәtinizin onda olduğunu hiss etdirin. Danışdıqlarına qulaq asırmış kimi göstәrib diqqәtinizin
başqa nәdәsә olması övladınız üçün xoş olmaz.
­

-Bir qәdәr yorğunluğunuz çıxdıqdan sonra birlikdә oyunlar oynayın.
­

-Yuxu zamanında nağıl danışın.
­

-Hәftәsonlarını gәzintilәr tәşkil edәrәk zamanınızı onunla birlikdә keçirin. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!