Uşağı kompüterdən ayırmağın 5 yolu

Uşağı kompüterdən ayırmağın 5 yolu
Bir Ana - Bir Bala
10.09.2017 67
Neyləyək ki, uşağı televizorun, kompüterin qarşısından yığaq? 

Bu, valideynlərin çox tez-tez verdiyi suallardan biridir. Və söhbət, əlbəttə ki, kompüterə aludə olan, qapalı uşaqlardan gedir. 



Uşağın
kompüter , telefon və televizora bağlılığının səbəbi, əlbəttə,
maraqlanmasıdır. Hamı kimi o da nə isə öyrənmək, əylənmək istəyir.
Üstəlik şəhərləşmə, məktəbdə tələblərin artması, kompüter oyunlarının
müxtəlifliyi uşağı cəlb edir. Nəticədə uşaq evə qapanır,
ətrafındakılarla ünsiyyət yarada bilmir və artıq 10 ildən çoxdur ki,
araşdırmalar bu cür qapanan uşaqların ciddi psixoloji, sosial
problemlərinin olduğunu və belə uşaqların artdığını göstərir. 



Deməli,
əylənmək və öyrənmək üçün uşaqlara alternativ təklif etmək, onları
başqa cür əyləndirmək lazımdır. Necə? Psixoloqlar bunun bir neçə yolunu
göstərir. 



1.
Ünsiyyət. Uşaqların qapanmasının birinci səbəbi valideynlə ünsiyyətin
azlığıdır. Xoşbəxt o uşaqdır ki, anası onunla hələ bətndə ikən söhbət
edir. 6 aylıq uşağa əşyaların adını demək, uşağın çıxardığı səsləri
təkrarlayıb reaksiyasını gözləyərək, kiçik tapşırıqlar verərək ("ananı
öp”, "oyuncağını ver” və s.) söhbət etmək olar. 



Baxçadan,
məktəbdən gələndə, xüsusilə yetkinlik dövründə yeniliklər barədə
söhbət-müzakirə, eşidib-gördüklərini danışanda dinlənmək və qəbul
olunmaq, eyni zamanda valideynlərinin öz problemini onunla bölüşməsi
uşaq üçün çox əhəmiyyətlidir. 



2.
Oyunlar bütün yaşlarda əvəzsiz əyləncə, ünsiyyət və inkişaf
vasitəsidir. Uşaq oynayanda öz daxilini aça bilir. Məhz buna görə
psixoloqlar uşağın iç dünyasına bələd olmaq üçün oyundan başlayırlar.
Uşaqların problemi həll etmək, paylaşmaq, kəşf etmək, doğru ilə yalnışı
ayırd etmək bacarığı, yaradıcılığı, həssaslığı oynadıqca inkişaf edir. 



Oyun
və oyuncaqlara maraq uşaqda körpəlikdən təbliğ oluna bilər. Hələ 6
aylığında uşağa üst-üstə qoymaq üçün kubiklər vermək, onunla top oynamaq
olar. Yaradıcı oyun və oyuncaqlar—pazl, leqo, plastilin uşağın yaratmaq
qabiliyyətini inkişaf etdirir. 

Məktəbəqədər
və məktəbli uşaqların yaşıdları ilə tez-tez oynamasına şərait yaratmaq
lazımdır. Onları maraqlandırmaq üçün internetdən yüzlərlə oyun növü
seçə, fürsət olan kimi özünüz də qatıla bilərsiniz. (Oyun axtaranda
əvvəl uşaqların özlərindən soruşun, onlar bizim düşündüyümüzdən çox şey
bilirlər☺). Övladınızla oyun sizin aranızdakı baryerlərin dağılmasına,
bağların möhkəmlənməsinə səbəb olar. Uşağınıza mənəvi yaxınlığın yolunu
oyunlarda tapa bilərsiniz. 



Nitq
qüsuru olan uşaqlar üçün oyun xüsusilə vacibdir. Onlar sözlə deyə
bilmədiklərini, hisslərini və arzularını oyun əsnasında ifadə edər,
beləliklə özlərinə, kompüter, yaxud televizora qapanmazlar. 

3.
Fiziki məşqlər. İdmanın uşaqların fiziki sağlamlığı üçün vacib olduğunu
hamımız bilirik. Ancaq son illərin araşdırmaları fiziki məşqlərin eyni
zamanda psixoloji inkişaf üçün əvəzsiz olduğunu göstərir. Psixoloqlar
həddən artıq fəal və hər şeyə marağı olan hiperaktiv (onları dəcəl
adlandırırıq) uşaqları xüsusi, kobud idman növləri—basketbol, karate,
taekvondo, üzgüçülük kimi məşğuliyyətlərə yönəltməyi məsləhət görür.
Diqqət yayılmaları olan hiperaktiv uşaqlar suda müvazinəti tənzimləyərək
tərbiyə olunur, diqqəti tərbiyə edirlər. 



Yeniyetmə
dövründə uşaqların idmanla məşğul olması onların özünütəsdiqinə, özünə
inamın əmələ gəlməsinə, boş vaxtını səmərəli keçirməsinə kömək edir. 



4.
Kitablara maraq yaratmaq heç vaxt gec, ya da tez deyil. Hətta 6-7 aylıq
uşaqlara nağıl oxumaq olar (əlbəttə, qorxulu nağıllar nəzərdə
tutulmur). Yaşı tamam olmamış uşaqların özünün istifadəsi üçün onların
dişinə davamlı rəngli karton, rezin, səsli kitablar var. 



Axşamlar
yatmazdan, layladan əvvəl nağıl oxumaqla həm yatmaq prosesini əyləncəyə
çevirər, həm də kitab oxumaq vərdişini yarada bilərsiniz (Bunun üçün
valideynin örnək olması daha uyğundur). Öz oxuduqlarınızı paylaşmaq
ünsiyyətin bir hissəsi olar. 



Maraqlı kitabı övladınıza hədiyyə olaraq, təmtəraqla verin. Bununla ona kitabın dəyərini anlatmış olarsınız. 



5.
Təbiətlə təmas, təəssüf ki, çoxumuzun heç əhəmiyyət vermədiyi, dəyərini
bilmədiyimiz bir məsələdir. Şəhərləşmə nəticəsində valideynlər
təhlükədən çəkinərək, ya vaxt azlığından uşaqlarını havaya çıxarmırlar.
Halbuki açıq havada tez-tez olan, oynayan uşaqlar enerjilərini
çıxardıqları üçün daha diqqətli olur, dərsdə fikirlərini daha yaxşı
cəmləyirlər. 



"American
Journal of Public Health” jurnalı bir araşdırma haqda yazır, göstərir
ki, hiperaktiv və diqqət yayınması olan uşaqlarla açıq havada keçirilən
məşğələlər qapalı məkanda keçirilən məşğələlərdən daha təsirli olub. 



Evdə
istəmədiyiniz, amma yaradıcılığı inkişaf etdirən vasitələr—təbaşir,
barmaq boyaları, qumla oyun açıq havada heç kimə mane olmaz. 



Bəzən
valideynlər uşağın başını qatmaq məcburiyyətindən onu televizorun,
yaxud kompüterin qarşısına qoyur, bu vərdişə çevriləndən sonra əziyyət
çəkirlər. Çox məşğulsunuzsa, uşağa yaradıcı oyun və bunun üçün vasitələr
təklif edin. Yaşından asılı olaraq, leqo, pazl, konstruktorlar, rəngli
kağız və uşaq üçün qayçı, plastilin sizə yardımçı ola bilər. 

Vaxtınız
yoxdursa, ya yorulmusunuzsa, övladınızdan sizə danışmaq istədiyi şeyin,
hadisənin rəsmini çəkməsini xahiş edin. Həm siz rahatlayar, həm də
uşağın yaradıcılığına fürsət vermiş olarsız. 



Mütəxəssilər
uşaqların yaş həddinə uyğun olaraq kompüterdən istifadə müddətini
müəyyənləşdirib; yeniyetmələr kompüterlə ən çoxu saat yarım işləsə
yaxşıdır (hər yarım saatdan bir 10 dəqiqəlik fasilə verməklə). 8 yaşa
kimi uşaqlar kompüterdən 40 dəqiqə, 7 yaşdan aşağı uşaqlar cəmi 20
dəqiqə istifadə edə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!