Dünyada hər gün beş yaşa çatmayan 16 min körpə ölür

Dünyada hər gün beş yaşa çatmayan 16 min körpə ölür
Bir Ana - Bir Bala
10.09.2017 16
1990-ci
ildən etibarən uşaq ölümü iki dəfə azalıb. Lakin dünya Minilliyin
İnkişaf Məqsədlərindən birinin - beş yaşadək uşaqlar arasında ölüm
hallarının üçdə ikisini aradan qaldırmaq 

məqsədinin öhdəsindən gələ bilməyib. 



Trend BMT Xəbərlər Mərkəzinə istinadla bildirir ki, cari ildə hər gün beş yaşa çatmayan 16 min körpə vəfat edir. 



BMT
Uşaq Fondunun (UNICEF) və Dünya Səhiyyə Təşkilatının (DST) illik
məruzəsində qeyd edilir ki, 2015-ci ildə təqribən 5,9 milyon uşaq beş
yaşa çatmadan tələf olub, halbuki 1990-ci ildə həmin göstərici 12,7
milyon nəfər təşkil edib. 



UNİCEF-in
icraçı direktorunun müavini Gita Rao Qupta deyib: "Biz xüsusən 2000-ci
ildən sonra nail olduğumuz böyük qlobal tərəqqini etiraf etməliyik. Onda
ölkələrin çoxu beş yaşa qədər uşaqlar arasında ölüm səviyyəsinin
azaldılması sürətini üç dəfə artırmışdı". 



Amma
uşaqların çoxu hələ də elə səbəblərdən ölür ki, onların qarşısını almaq
mümkündür. UNİCEF-dən bildiriblər ki, 1990-ci ildən başlayan dövr
ərzində 195 ölkədən yalnız 62-də uşaq ölümü Minilliyin İnkişaf
Məqsədlərinin tələb etdiyi şəkildə azaldılıb. 



Sətəlcəm,
ishal, qanın zəhərlənməsi, vaxtından əvvəl doğuşun əmələ gətirdiyi
fəsadlar və malyariya uşaqlar arasında ölüm hallarının əsas
səbəbləridir. Uşaq ölümünün ən yüksək səviyyəsi Böyük Səhradan cənubda
yerləşən Afrika ölkələrində müşahidə olunur. Bu regionda hər 12 uşaqdan
biri beş yaşına çatmamış tələf olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!