Filankəsin uşağı...!

Filankəsin uşağı...!
Bir Ana - Bir Bala
10.09.2017 14
Evdə uşağın qəlbini qırmaq üçün bircə dəfə "filankəsin uşağı filan işləri görür, ancaq sənin əlindən bir şey gəlmir”
demək kifayətdir. Birdə ki, qəlb qırmağa nə var ki?! Ancaq bu cür
ittiham təkcə qəlb qırmır, başqasına qarşı həsəd hissi də doğurur. Sən o
"filankəsin uşağını” öz övladından üstün tutanda övladının ürəyində
qara qanlar axır, özünü bir növ yalqız hiss edir.



Bir
həqiqəti də etiraf edək ki, övlad tərbiyəsi məsələsində böyük
problemlərimiz var. Uşağı şəxsiyyət kimi, onda həqiqət, ədalət hissini
tərbiyə etmək hər bir valideyinin ən böyük vəzifəsidir.



Ümmumiyyətlə
uşaqları bir-birilə müqayisə etmək heç də arzu olunan hal deyil. Çünki
bütün hallarda biri inciyəcək və inciyəndən sonra da təbii ki, küsəcək.



Heç
başqa uşaq olmasın, qardaşları və ya bacıları müqayisə edərək birini o
birindən üstün tutmaq doğru deyil. Əgər uşaqlardan birini hansısa yaxşı
bir cəhətini vurğulamalı olursunusa o birinin də yaxşı bir cəhətini
tərifləyin ki, araya qısqanclıq düşməsin. Yoxsa uşağın bir-birini
qısqanması çox adi haldır. Sizin yanaşmanızda da məhz o təhər öz planda
olmalıdır ki, uşaqlar arasında ayrı-seçkilik olmasın. Çünki
ayrı-seçkilik olsa, mütləq qısqanclıq da olacaq.



Ümmiyətlə,
valideyn bu müqayisə kompleksindən uzaq olmalıdır. Yəni, filankəsin
uşağı hansısa məsələdə sizin uşağınızdan bacarıqlı olsa da əmin olun ki,
sizin uşğınızın da ondan üstün tərəfləri var. Bütün bunlar bir tərəfə
qalsın, sizin uşağınız elə sizin uşağınızdır. Bu bir düstur kimi
beynizdə, ağlınızda olmalıdır. Bir məsələ var: "Qurbağaya deyirlər, dünya gözəli kimidir, öz balasını göstərir”



Çox görmüşük ki, insan öz uşağı üçün malından da keçir, canından da. Bəs necə olur ki, ortada ciddi bir problem olmadığı halda "Filankəsin uşağı səndən yaxşıdır” deyib o məsum, o təmiz qəlbi qıra bilirsiniz. Axı o, sizinlə qürrələnir, sizi özünün sarsılmaz dayağı, arxası bilir

Hansımızın
qüsuru olmayıb ki?! Lap elə indi özündə də hansımız qüsursuz olduğunu
iddia edə bilər?! Təbii ki, uşağınızın da səhvləri, xətaları olacaq.
Sizin vəzifəniz tərbiyə etməkdir, ancaq qəlbini qırmadan, incitmədən,
küsdürmədən...



Doğru
deyirlər ki, qəlb şüşədir ancaq biz bu sözə onuda əlavə edirik ki, qəlb
hərarətli əllərdə doğru şəklini alana qədər şəklini dəyişə bilən
şüşədir. Nə edirsinizsə edin onun küsdürməyin. Kiminləsə müqayisə edib
qəlbini qırmayın. Onun qəlbi ilə ləkə nədi bilmir hələ qar kimi ağappaq
tər-təmizdir və adi bir sözdə orada dərin yaralar aça bilərскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!