Körpənizin temperaturu qalxıbsa... - Bu üsullarla aşağı salın

Körpənizin temperaturu qalxıbsa... - Bu üsullarla aşağı salın
Bir Ana - Bir Bala
10.09.2017 13
Körpənizin temperaturu qalxıbsa, təqdim etdiyimiz bu üsullarla qısa müddətdə temperaturu aşağı salın.



Körpənin temperaturu qalxanda ilk edəcəyimiz üsul, alnına yaş bez qoyun.
Bez islandıqca, təkrar isladıb, sıxın və yenidən alnına qoyun.
Temperatur düşənə qədər bu üsulu tətbiq edin.



İlıq duş körpənin bədən istiliyini tənzimləməyə köməkçi olur. Ancaq
suyun çox isti və ya çox soyuq olmasına diqqət edin. Duşdan dərhal sonra
körpənizi geyindirin.



Olduqca faydalı olan ana südü körpənin immunitetini gücləndirib,
xəstəliklə mübarizə aparmağa kömək olur. Ana südü körpənin temperatur
qalxanda da ən yaxşı üsuldur.



Bəzən valideynlər körpə xəstələnərkən, qalın geyindirir. Bu zaman körpə
narahat olur, bədən temperaturu daha da çox qalxa bilər. Yatarkən də,
üstünü nazik ədyalla örtmək kifayətdir.



Temperaturun azalmasına kömək edəcək üsullardan biri də, ayaq masajıdır.
Belə ki, ilıq bitki yağı ilə körpənizin ayaqlarının altını masaj edin.
Bununla körpə rahatlayacaq, daha yaxşı yatacaq və daha tez yaxşılaşacaq.



Alma sirkəsi də temperaturu salmağa kömək edir. Dörddə bir stəkan
sirkəni bir kasa ilıq su ilə qarışdırın. Bir bezi bu qarışıqla isladıb,
körpənin bədənini silin.



Körpələr xəstə olduqları zaman çox su itirər. Bədəndəki su itkisini
təmin etmək üçün su içirdin. 6 aydan böyük körpələrdə maye itkisini
təmin etmək üçün soyuq süd və qatıq verin.



Körpənizin otaq temperaturunu nizamlayın. Körpənin olduğu otaq nə çox
isti, nə də çox soyuq olmamalıdır. Otaq istiliyinin 21-23 dərəcə
arasında olmasına diqqət edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!