Uşaqların ailədaxili vəzifələri

Uşaqların ailədaxili vəzifələri
Bir Ana - Bir Bala
10.09.2017 12
Uca
Allah Qurani-Kərimdə "Biz insana ata-anasına yaxşı davranmasını tövsiyə
etdik. Çünki anası onu necə çətinliklərə dözərək daşımışdır. Süddən
ayrılması da iki il ərzində olur ( Bax, bunun üçün), əvvəl mənə sonra da
ana atana şükr et" deyə tövsiyə də etmişdir. "Axır dönüş ancaq
Mənədir." (Loğman surəsi 14-cü ayə) deyə buyuraraq ana-atanın dəyərinə
işarə etmişdir. Peyğəmbərimiz də "Allahın ən sevdiyi əməl vaxtında
qılınan namaz ilə anaya, ataya yaxşılıq etməkdir." ( Riyazus Salihin c1
s.347 ) buyuraraq uşaqların ana və atalarına olan məsuliyyətlərini
xatırlatmış, bir başqa sözüylə də: "Allahın qiyamət günündə üzlərinə
baxmayacağı kəslərdən biri də anasına, atasına üsyankar olandır."
(Ət-Tergib vət Tərhib c3 s.327) buyuraraq bu vəziyyətin əhəmiyyətinə
işarə etmişdir. Yenə bir hədisində: "Allah bütün günahlardan
dilədiklərinin (cəzasını) qiyamət gününə təxir edər, yalnız ana-ataya
edilən üsyanın cəzasını Allah sahibinə ölmədən əvvəl verəcək." (Seçmə
hədislər s.58) buyuraraq ana-ataya necə diqqətlə davranmamız lazım
olduğunu ifadə etmişdir Elə isə ana və ataların Allaha küfr ehtiva
etməyən əmr və istəklərini gücümüz ölçüsündə yerinə yetirməli, onlara
qocalıqlarında sevgi və şəfqətlə rəftar edilməlidir. Dini
ədəbiyyatımızda da ana-ataya edilən müsbət ya da mənfi davranışları izah
edən ibrətlik mənqibələrlə doludur. Uşaqlar digər böyüklərinə də
hörmətli olmalı, kiçik qardaşlarına də mərhəmət və sevgi bəsləməlidir.

1) Ana və ataya yaxşılıq etmək;

2) Dolanışıq çətinliyi içində olsalar, dolanışıqlarını təmin etmək;

3) Ana və atanın söz və davranışları ilə heç bir şəkildə incitməmək, ''Off'' belə deməmək;

4) Ana və atalarına qarşı gülərüzlü, şirin sözlü olmaq, üzlərinə sərt və hirsli baxmamaq;

5) Çağırdıqları vaxt dərhal qaçmaq;

6) Ana və ataların əmrlərini - Bu əmrlərdə Allaha itaətsizlik etmədikcə - dinləmək və yerinə yetirmək;

7) Hər işdə onları razı salmaq;

8) Yanlarında yüksək səslə danışmamaq;

9) Ana-ata xidmətə möhtac vəziyyətə gəldiklərində onlara xidmət etmək və bunu sevə-sevə etmək;

10) Yolda gedərkən qarşılarına keçməmək;

11) Onlardan icazəsiz bir yerə getməmək;

12)
Öldükləri zaman onları rəhmətlə anmaq, dua etmək, onların ruhları üçün
xeyir etmək, vəsiyətlərini yerinə yetirmək, ana və atanın dostlarına
yaxşılıq etmək, ana və atasına pis söz deyilməsinə səbəb olmamaq.

Ana-ata haqqları mövzusunda Peyğəmbər Əfəndimiz belə buyurur:

''Allahın ən sevdiyi əməl vaxtında qılınan namaz ilə anaya və ataya yaxşılıq etməkdir.'' (7)





 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!