Tərbiyədə səbrin rolu

Tərbiyədə səbrin rolu
Bir Ana - Bir Bala
10.09.2017 10
Uşağın ruhən böyüməsi üçün ən vacib şey səbirdir.

Uşaqlar
inkişaf edəndə biz çox səbirli olmalıyıq. Pisixoloqlar ailələri
tələsməməyə, uşaqları səbrlə dinləməli olduğumuzu deyirlər. Uşağın
inkişaf etdiyi vaxtda ailənin səbirli olması çox vacibdir. Ana bətnində 9
ay gözləyən uşağın bu inkişaf vaxtını səbirlə gözləyiriksə, bu müddətin
keçməsinə necə səbirlə dözürəksə, uşaq dünyaya gəldikdən sonra da eyni
səbirlə uşaqla rəftar etmək lazımdır. 

Uşaqdan
böyük insan kimi hərəkət etməsini istəmək heç də yaxşı fikir deyil.
Uşağın irəliləyişində səbr göstərmək onun həyatında müsbət rol oynayır.
Uşaqlara səbirlə yanaşmayan ana-ataların, uşaqları xoşbəxtlikdən uzaq
olur və uşaqlar böyüdükcə özləri kimi xoşbəxtlikdən uzaq insanlara
qaynayıb qarışırlar. 



Xoşbəxt
olmayan və problemli bir gələcəyi olan uşaq istəmirsinizsə,
uşaqlarınıza çox səbirlə yanaşın. Uşaq böyüdərkən nə qədər tələssək də -
bəzi şeylərin vaxtını gözləməyə məcburuq. Məsələn, bir körpənin bizim
kimi düşünüb, həyatı bizim kimi başa
düşməsini gözləməyə məcburuq. Xoşbəxt bir uşaq böyütmək, onun
düşüncələrinə və istəklərinə hörmət etmək uşağın inkişafında çox gözəl
rol oynayacaq.

Ailələrin,
uşağın duyğu və düşüncələrini çox ciddi qəbul etmələrini istəyirəm,
ətrafındakı hər şeyi incələyib öyrənmək istəyən uşaqları sıxmağın,
günahlandırmağın çox böyük problemlərin üzə çıxmasına səbəbkar olduğunu
deməliyəm. Uşağın dəcəllik etməyi, səs-küy salmağı, "səssiz ol", bir az
otur" kimi deyilən sözlərin uşaqların duyğularıyla oynanılmış kimi hiss
etmələrinə səbəb olur, səbrin belə vaxtlarda daha çox faydası vardır. 



Bəzən
valideynlər işdəki əsəblərini, yorğunluqlarını evə gətirirlər, ancaq
bilməliyik ki, evdə uşaq varsa bizi gülərüz görmək istəyir və bizlə
oynamaq, vaxt keçirmək istəyir. Bax buna görə psixoloqlar məsləhət görür
ki, iş yorğunluğunu, problemləri elə işdə qoyub evə gümrah,  şən gedin
ki, uşaqlar sizi görəndə bir küncə çəkilib düşünməsin ki, "valideynim
yenə yorğun və əsəbi gəlib işdən."

Uşaqlar
2-3 yaş arasında valideyinlərini öz sualları ilə yora bilərlər:
məsələn, "Ana, bu niyə belə əyilir?" və ya "Ana, bu nədir?" kimi
sualları çox olur. Bizlər çalışıb səbirlə, sevgi ilə o sualları
cavablamalıyıq ki, uşaq özünü tək hiss edib içinə qapanmasın. Uşaqlarla
çalışın çox vaxt keçirin ki, uşaqlar xoşbəxt böyüsünlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!