Uşaqları mazoxist kompleksi olmadan böyütmək

Uşaqları mazoxist kompleksi olmadan böyütmək
Bir Ana - Bir Bala
10.09.2017 10
Mazoxist
kompleksini yaxşı və birinci olmaq arzusu ilə yaxınlaşdırmaq olar. Hər
şey çox gözəl ola bilərdi əgər bu sağlam arzu olsa idi. Sirr deyil ki,
gələcək mazoxisti valideynlər özləri böyüdürlər. Hər şey sanki zərərsiz
sözlərlə başlayır. "Əgər sən iki alsan, mən sənə görə xəcalət
çəkəcəyəm", "Paltarını batırsan yarışda birinci yeri tutmayacaqsan". Bu
siyahını sonsuzluğa qədər davam etdirmək olar.

Nəticədə,
uşaqda belə bir fikir formalaşır ki, onu  qüsursuz davranışı və yaxşı
qiymətlərinə görə sevirlər və böyüdükdə o, hər yerdə və hər şeydə
birinci olmağa çalışacaq, bundan sonra da belə olacaq. Yəqin ki, burada
pis bir şey yoxdur. Lakin yaxşı da çox azdır. Belə uşaqlarda birinci
yerdə işdir. Onlar karyeralarını, peşəkar işini, ailəsini, övladlarını
qurban verməyə hazırdılar. İşdə onlar bütün məsuliyyəti öz üzərilərinə
götürürlər, özlərinə istirahət vermirlər.

Bu,
xarici tərəfidir. Şəxsi münasibətlər də qaydasında deyil. Hələ
uşaqlıqdan yaranmış fikir onları yaxşı qiymətlərinə görə sevirlər, bu
artıq böyüklük həyatına da keçirilir. Bu uşaqlar yorulmadan çalışır və
hesab edirlər ki, sevimli vəzifə üçün onları sevirlər. Bu, həqiqətən də,
belə çıxır. Axı onlar instinktiv olaraq tamahkar şəxsiyyəti özlərinə
həyat yoldaşı seçirlər.

Böyüklük həyatında onu evdə əgər o təzə maşının açarlarını hədiyyə şəklində gətirirsə, çox gözəl qarşılayırlar.
O isə günlərlə iş yerində oturub bütün şöbənin vəzifələrini həll edir.
Ürəyində boşluq var. Axı şüurunda fikirlər kök salıb: "Əgər mən uğursuz
olsam, məni heç kim sevməyəcək." O özü necə varsa, elə də dəyərlidir və
onu sadəcə yaşadığına görə sevirlər kimi fikirlər onun üçün
yolverilməzdir.

Ən
önəmlisi ilə başlamaq lazımdır. Pis qiymətə görə uşaqları danlamaq
lazım deyil. Qışqır-bağır salmaq lazım deyil. Uşağa başa salmaq lazımdır
ki, siz heç nəyə baxmayaraq onu sevirsiniz. Uğursuz  qiymətə yenidən
qayıdaq. Buna görə uşağı cəzalandırmaq lazım deyil. Çünki çox vaxt
valideynlər uşaqlara kompüter, gəzinti qadağan edir və daha çox şey. Bu
vəziyyətdə uşaqla onun otağında oturmaq lazımdır. Onu qucaqlayın və başa
salın ki, bu qiymət - o göstəricidir ki, o, mövzunu tam başa düşməyib
və onu bir daha nəzərdən keçirməyi təklif edin. Məhz birlikdə. Balaca
başa düşməlidir ki, qiyməti yaxşı da olsa, pis də olsa, siz onu
sevirsiniz. O, dəstəyinizi hiss edəcək və anlayacaq ki, o, özü qiymət,
mükafat və nailiyyətləri olmadan da yaxşıdır. Ən maraqlısı isə budur ki,
əgər uşaq valideynləri tərəfindən dəstək alsa, o, hər şeyə nail olacaq.
O görəcək ki, siz buna inanırsınız və problemləri birgə həll edirsiniz.



İstənilən halda valideynlərin
dəstəyi vacibdir. Uşaq hiss etməlidir ki, o lazımlıdır. Onda heç bir
"mazoxist kompleksi" qorxusu olmayacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!