Körpənin dil açması üçün asan yollar

Körpənin dil açması üçün asan yollar
Bir Ana - Bir Bala
10.09.2017 74
Ana
və ataların körpələriylə oynadığı oyunlar ya da aldıqları oyuncaqlar
körpənin danışma müddətinə birbaşa təsir edir. Valideynlərin mahnı və
şeir söyləməsi, bilməcə oyunu-oynamaları və oyuncaq heyvanları
danışdırmaqları təsirli üsullardan bəziləri …

Kompüter
və internet dönəmində  doğulan uşaqlar texnologiyanın faydaları qədər
zərərlərini də görür. Bu uşaqlar texnologiyanın təqdim etdiyi imkanlarla
sərhəd tanımaz bir şəkildə dünyanı kəşf etsə də xüsusilə 3 yaşına qədər
uşaqlarda televiziya izləmək, kompüter oyunları oynamaq dil inkişafına
mənfi təsir edir. Ənənəvi oyunların az qala ortadan qalxdığını  öyləyən
Anadolu Sağlamlıq Mərkəzi Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi
Dos. Dr. Sevinc Karaaslan Bıyıklı, uşaqlarda dil inkişafının 2-5 yaş
arası dövrdə olduğunu ifadə edərək, dil inkişafında rol oynayan
faktorları zəkanın, eşitmə və vizual qavrayışın normal olması ilə
bərabər uşağın yaşadığı ətraf və sosial-iqtisadi şərtlərin də əhəmiyyət
daşıdığını vurğuladı.

Çox danışın

Böyüklərin
erkən dövrdən etibarən körpələ maraqlanması, danışması, söylədiklərini
mimikalarla dəstəkləməsi ilə körpənin təqlid edərək dili öyrənməyə
başladığını ifadə edən Dos. Dr. Bığlı, xüsusilə ana tərəfindən təqdim
edilən şifahi stimul dil inkişafını müsbət istiqamətdə dəstəklədiyini
bildirb:

"Uşaqla
danışmaq, oyun oynamaq, kitab oxumaq dil inkişafı üçün çox
əhəmiyyətlidir. Valideyn  uşaq ilə danışmalı, uşağı dinlədiyini hiss
etdirməlidir. Uşaq səslərə qarşılıq verdiyində
cəsarətləndirilməlidir. Beləcə uşaq öyrənməyə, sınağa təşviq edilmiş
olar. Çox sıxlıq və səs-küy olmayan yerlərdə oyun oynamaq, səslər
çıxarmaq daha uyğundur ”

Hansı oyun və oyuncaqlar olar?

** Mahnı oxumaq.

** Oyuncaq telefon, mikrofon kimi danışma və mahnı oxuya biləcəkləri  oyuncaqlar.

** Birlikdə edilən fəaliyyətlərin izah edilməsi.

** Saymaq (1-10-a qədər)

** Şəkilli kitab oxumaq, izah etmək, bu sırada suallar soruşmaq. Köpək harada? Almanı göstərə bilərsənmi? və.s

** Oyuncaq heyvanları ya da kuklaları danışdırmaq.

Televiziya və kompüterin zərərləri?

** Uşağın dil inkişafı mənfi təsirlənər

** Sosial ünsiyyət bacarıqları inkişafı önlənər

** Duyğu vəziyyətində mənfi təsirlənmə olur (qorxu, qayğı, dəcəllik kimi)

** Beyin inkişafına mənfi təsiri-diqqət əskikliyi, öyrənmə çətinliyi,
oxumağa istəksizlik kimi gecikmə və problemlər inkişaf edə bilər

** Görmə problemləri, duruş pozuqluqları, hərəkətsizlik və buna bağlı köklük problemləri ortaya çıxa bilərскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!