Uşaqlarda Hipertenziya

Uşaqlarda Hipertenziya
Bir Ana - Bir Bala
10.09.2017 15
Nədir?

Yeni doğulan körpələr də daxil olmaqla hər yaş uşaqda yüksək təzyiq
xəstəliyi ola bilər. Çox vaxt heç bir əlamət vermir, bəzən başağrısı,
başgicəllənmə, burun qanaxması və görmədə bulanıqlığa yol aça bilər.
Uzun müddət davam edən yüksək təzyiq korluq, böyrək çatışmazlığı və ürək
çatışmazlığına yol aça bilər.Beyin qanaxması, iflic kimi daimi beyin
zədələri, nəfəs darlığı, yatmamaq, ağzından qanlı bəlğəm gəlməsi kimi
əlamətlər heç nadir deyil.



Buna görə təzyiqi ölçülmədən, heç bir şikayəti olmasa da, heç kimin
yüksək təzyiq xəstəliyi olub olmadığı bilinməz.Əvvəlcə uşağın yaşına qol
ölçüsünə uyğun təzyiq alətiylə ölçü aparmaq və təzyiq normalmı deyilmi
baxmaq lazımdır. Böyüklərdə 130/80 mmHg-in (yəni 13-ə 8) daha çox olarsa
bu yüksək təzyiq olaraq qəbul edilir,bir balaca uşaqda 100/70 mmHg
(yəni 10-un 7) isə bu uşaq üçün yüksək ola bilər. Hər uşağın yaş,
cinsiyyət, boy və çəkisinə görə normal təzyiq dəyərləri vardır. Təzyiqi
ölçülən uşağın mütləq bu cədvəllərə baxaraq, normal təzyiq ölçüsü o uşaq
üçün neçə olacağı müəyyənləşdirib, ona görə yüksək təzyiq problemi olub
olmadığına qərar vermək lazımdır.



Böyüklərdən fərqli olaraq uşaqlarda, çox vaxt altda yatan bir xəstəlik
vardır. Uşaqlarda ən çox yüksək təzyiq səbəbi böyrək xəstəlikləridir.
Digər yüksək təzyiq səbəbləri ürək xəstəlikləri, hormonal xəstəliklər,
damar xəstəlikləri, sınıqlar, metabolik xəstəliklər, yanıqlar, dərmanlar
və kəskin allergik reaksiyalarıdır. Xüsusilə də kiçik uşaqlarda;
Böyrək-ürək-damar anomaliyaları, kistik böyrək xəstəliyi, böyrəyin ana
arteriyasında darlıq (renal arter stenozu), böyrəkdə inkişafla bağlı
pozuntu, ürəyin ana damarında daralma (aorta koarktasyonu), göbək
damarına kateter taxmaq, böyrək damarında qan laxtası olması və s. kimi
bəzi səbəblər yüksək təzyiqə daha çox səbəb olur. Uşaqlarda təzyiq
yüksəkliyinə yol açan damar darlıqlarından başqa böyrək xəstəlikləri;
Nefritlər (kəskin və ya xroniki), nefrotik sindrom (böyrəkdən albumin
qaçış xəstəliyi), IgA nefropatiyasıdır. Lupus, PAN, HSP kimi bəzi
romatizmal xəstəliklər də təzyiq yüksəkliyi ilə birlikdə ola bilər.
Gündəlik həyatda tez-tez istifadə edilən bəzi öskürək siropları, burun
damlaları (durğunluğa qarşı), kortizon, amfetamin kimi bəzi dərmanlar da
təzyiq yüksəkliyinə səbəb ola bilər. Çox nadir hallarda hormon ifraz
edən bəzi vəzilər də yüksək təzyiq xəstəliyinə səbəb ola bilər.



Uşaqlarda, yeniyetmələrdə görülən "primer” tip yəni əsas yüksək təzyiq
də ola bilər. Günümüzdə getdikcə artan daha ,ox gördüyümüz obezite
(hədsiz köklük) yüksək təzyiqin ən çox səbəblərindən biridir. Hərəkətsiz
həyat, kompüter və televizor kimi hərəkəti məhdudlaşdıran vərdişlər,
"fast-food” dediyimiz çoxlu yağ və qoruyucu maddə ehtiva edən kotlet,
kola, çips, şirniyyat kimi hazır ərzaq istehlakının çox artması obezite
üçün ən başda gələn səbəblərdir. Obezite, yalnız yüksək təzyiq deyil,
şəkər xəstəliyi və xolesterinin yüksəlməsinə də yol açır. Əsas yüksək
təzyiqin qarşısının alınması və müalicəsi üçün düzgün qidalanma (tərəvəz
və balıq), nizamlı məşq və intensiv duz qəbulundan çəkinmək lazımdır.



Hər uşağın ən azı ildə bir dəfə, təzyiqinin ölçülməsi, əgər təzyiq
yüksək isə altda yatan xəstəliyin təyin edilməsi vacibdir. Dərman
müalicəsində; Dərmanlardan mütəmadi olaraq istifadə edilməkidir,təzyiq
aşağı düşməsə dərmandan istifadə kəsilməməlidir, yan təsirlərinə görə
həkim tərəfindən təqib edilməsi vacibdir.



Yüksək təzyiq vaxtında müalicə edilməz isə göz, böyrək və ürək prioritet
olmaqla orqanları sıradan çıxartdığı unudulmamalıdır, vaxtında diaqnoz
və müalicə ilə gələcəkdə yarana biləcək bəlaların qarşısının alına
biləcəyi yadda saxlanılmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!