Özünü qiymətləndirmə üçün 10 məsləhət

Özünü qiymətləndirmə üçün 10 məsləhət
Bir Ana - Bir Bala
10.09.2017 5
Övladınızın özünü qiymətləndirmə səviyyəsinin düzgün formalaşması üçün aşağıdakı 10 məsləhətə diqqət edin:



Səbəbsiz
təriflərdən uzaq olun. Yersiz təriflər övladınızda düzgün olmayan özünü
qiymətləndirməyə səbəb olar ki, bu da  həyatında bir sıra əngəllərin
yaranması ilə nəticələnər. Əgər övladınız təriflənəcək bir iş görməyibsə
və ya etdiyi davranış tərifləməniz üçün əsas vermirsə yalançı  təriflər
etməyin.

Öz
istəklərinizə görə övladınızı yönəltməniz  yanlış davranışdır ki, bu
zaman o öz bacarığı, edə biləcəklərinin xaricində işlər etməyə məcbur
olacaq ki, sizin istəklərinizi yerinə yetirərək sizin üçün önəmli olsun.
Bacara bilmədiyində isə  əldə etdiyi uğursuzluq özünü qiymətləndirmə
səviyyəsinə təsir edər.

Övladınızı
dərs nəticələrinə görə qiymətləndirməyin. Övladınızı var olduğu kimi
dəyərləndirin. Belə bir üsulu dərsdə uğurlar əldə etməsi üçün
seçmisinizsə bu heç də məqsədəuyğun deyil.

Yenilik
axtarışında olan övladınıza mane olmağa çalışmayın. Yeni bir nəsə etmək
istəyirsə "etmə”, "bacarmazsan”, "sənlik deyil”  kimi ifadələrin
əvəzinə təhlükəsizliyini təmin edərək ona dəstək olun.

Yoldaşları,
dostları, bacı və ya qardaşları və digərləri ilə müqayisə etməniz
övladınızda bir sıra psixoloji problemlərə, eyni zamanda özünü
qiymətləndirmə səviyyəsinə mənfi  təsir edər.

Ailədə
bir sıra edə biləcəyi işlərdə sizlərə yardımçı olmasına şərait yaradın.
Sizə yaxınlaşıb kömək etmək istəyən övladınızı uzaqlaşdırmağınız
məqsədəuyğun deyil.

Ailədə
bir neçə övladınız içərisində hər zaman bir övladınızı seçərək ona iş
buyurmanız, tərifləməniz və s. digər övladlarınızın özünü qiymətləndirmə
səviyyəsinin qeyri-adekvat aşağı olmasına səbəb olar.

Övladınızı
digər insanların (qonşuların, qohumların, tanışların) yanında xoş
tutmanız, onların diqqətini çəkməyiniz üçün  tərifləməniz yanlış
üsuldur.

Övladınızın
düzgün olmayan davranışını digər insanlarla müzakirə etməyin. Eyni
zamanda digərlərinin yanında  övladınıza tənqidi münasibətiniz onun 
özünü düzgün olmayan adekvat aşağı qiymətləndirməsinə səbəb olar. 

Övladınızı
yalnız öz uğurlarına deyil, eyni zamanda dostlarının uğurlarına sevinə
biləcək, onların uğurları ilə maraqlana biləcək bir insan olaraq tərbiyə
edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!