Uşaqlarımızı zərərli informasiyalardan necə qoruyaq?

Uşaqlarımızı zərərli informasiyalardan necə qoruyaq?
Bir Ana - Bir Bala
10.09.2017 14
"Uşaqları
internetdə yayılan zərərli informasiyalardan qorumaq, onların
mənəvi-əxlaqi dəyərlərimizə uyğun informasiyalar almasını təmin etmək bu
gün çox mühüm məsələdir".



Milli
Məclisin deputatı Musa Quliyev "Telekommunikasiya haqqında" qanuna
uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı dəyişikliyə
münasibət bildirərkən deyib.

M.Quliyev
bildirib ki, dünya təcrübəsində də, xüsusən Avropa ölkələrinin
təcübəsində bu məsələ var: "Vətəndaş telekommunikasiya operatoru ilə
müqavilə bağlayır ki, hansı saytlara giriş məhdudlaşdırılsın, yaxud
uşaqlar üçün xüsusi bir proqram hazırlansın ki, ancaq faydalı saytlara
giriş mümkün olsun".

Millət
vəkili internet klublarında da uşaqlara xüsusi qaydaların tətbiq
edilməsini təklif edir: "Uşaqlara internet klublarda gedib işləməyi
qadağan etmək olmaz, çünki uşaqlar internetdən dərs üçün və ya
maarifləndirici məlumatlar da götürə bilərlər. Amma onların qarşısında
şərt qoymaq olar ki, misal üçün, uşaqlar internet klubda 1, 2 və ya 3
nömrəli kömpüterin qarşısında otura bilər. O kompüterlərə də xüsusi
proqram yüklənə bilər ki, uşaqlar yalnız təhsil, maarifləndirici,
mədəniyyətlə bağlı saytlara girsinlər".

Qeyd
edək ki, "Telekommunikasiya haqqında" qanuna təklif edilən maddəyə
əsasən, operatorlar və provayderlər abunəçinin müraciəti əsasında
uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan
qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə
imkanlarını təmin etməlidir.

Həmçinin
qanuna təklif edilən əlavəyə əsasən, abunəçilərə uşaqların sağlamlığına
və inkişafına ziyan vuran informasiyadan qorunması üçün operatorlar və
provayderlərdən tədbirlər görülməsini tələb etmək hüququ verilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!