Gördüyünü istəyən uşaqlarlarla necə davranmalı

Gördüyünü istəyən uşaqlarlarla necə davranmalı
Bir Ana - Bir Bala
10.09.2017 9
Çox valideynlərin şikayət etdiyi məsələlərdən biri də
övladları ilə alış-verişə gedərkən bir sıra çətinliklərlə
qarşılaşmalarıdır.



Uşaqların valideynlərinə yaratdıqları çətinliklər əsasən aşağıdakılardır:

- Gördüyü oyuncaqları almaları üçün israr etmələri;

- Zərərli olan lakin uşaqlar tərəfindən çox sevilən qidaları almaları üçün onları səbətə yerləşdirmələri;

- İstədiklərini almayan valideynlərinə etiraz etmələri;

- İstədiklərini almadıqları üçün mağazada qışqırmaları, ağlamaları və s.

 

Övladınızla birgə mağazaya getməyiniz olduqca xoş bir
haldır. Lakin bu xoş halın mağazadan çıxarkən əsəbi vəziyyətdə olmanıza
səbəb olmaması üçün nə etməli oduğunuzu bilirsinizmi?

Alacaqlarınızın siyahısını hazırlayarkən övladınızı da
bu işə cəlb edin. Qeyd edərkən ona da bildirin, onun da fikirlərini
öyrənin. Övladınız üçün lazım olan və eyni zamanda onun da xoşuna gələn
nəyinsə adını bildirməsini istəyin. Siyahıya övladınızın istəyini qeyd
edin.

Ailənin digər üzvləri mağazaya gedərkən övladınızı da
aparırsa bu zaman qaydaları onlara xatırladın ki, onların güzəştlər
etməsi növbəti dəfələrdə sizin üçün xoşagəlməz vəziyyətlərə səbəb
olmasın.

Aldıqlarınızı səbətə yerləşdirməsində övladınızdan
yardım istəyin. Bununla siz ondan kömək almaqla yanaşı bəzi
məsluyyətləri də ona vermiş olursunuz.

 

İstəyini
yerinə yetirməsi üçün ağlamasına şərait yaratmayın. Əgər belə bir halla
qarşılaşırsınız ki, ağlayaraq nəyisə almanıza israr edir, bu zaman bir
dəfə güzəştə getməniz növbəti dəfələrdə ağlayaraq vəziyyətdən istifadə
etməsinə səbəb olacaq.

 

Mağazaya getməzdən öncə övladınızın ac olmamasına diqqət edin.

Yorğun zamanlarında və ya yuxu saatlarında övladınızı mağazaya gətirməniz məqsədəuyğun deyil.

Alış-veriş zamanının uzun vaxt aparması övladınızın
yorulmasına və bir sıra narahatlıqlarına səbəb olar. Bu zaman başqa
variant düşünməniz daha uyğundur.

İstədiyi nəyisə almadığınızda övladınızın ağlayacağı
halların qarşısını almanız üçün hər zaman əlavə bir planınız olsun.
Məsələn, sevdiyi oyuncağı özünüzlə gətirməniz və ya onun üçün önəmli
olan bir vasitədən istifadə etməniz.

Evdən çıxarkən övladınıza yazdığınız sıyahını
xatırladın. Yalnız onları ala biləcəyinizi bildirin. Siyahıda övladınız
üçün birlikdə yazdığınız məhsulu ona xatırladın.

Uşağın diqqətini satılan məhsullara yönələrək onu cəlb
etməyinin qarşısını almağınızda  diqqətini ətrafdakı insanlara, orda
olan uşaqlara yönəltməniz sizin köməyinizə gələcək.



Əgər belə bir halla qarşılaşarsanız (uşağın mağazada istədiyini aldırmaq üçün qışqırması, ağlaması)  övladınıza qarşı:

- Təmkinli olun;

- Aqressiv davranmayın;

- Təhqir etməyin;

- Qışqırmayın;

- Qucaqlayın;

- Əlini sıxaraq onu sevdiyinizi söyləyin;

- Mağazada qışğırmağın, ağlamağın xoş bir hal olmadığını xatırladın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!