Uşaqlara hədiyyə seçməyin 7 sadə yolu

Uşaqlara hədiyyə seçməyin 7 sadə yolu
Bir Ana - Bir Bala
10.09.2017 17
Övladınıza xüsusi günlərdə hədiyyə alarkən çətinlik yaşayırsınızsa....

Xüsusi
günlərdə, bayramlarda, ad günlərində övladınıza hədiyyə seçərkən bəzən
müəyyən çətinliklərlə qarşılaşa bilərsiniz. Hədiyyə seçərkən hansı
hədiyyə övladınızı daha çox sevindirəcək, hansı hədiyyəni alsanız onu
sevindirmənizlə yanaşı inkişafına müsbət yönümlü təsirini göstərəcək və
s. kimi suallar sizi düşündürürsə qeyd olunanlara diqqət edin.

Hədiyyə almağınızı xüsusi günə saxlamayın. Öncədən axtarmağınız sizə tələsik qərar verməməniz üçün kömək edəcək.

Tələsik
hədiyyə seçərkən nə alacağınızda çətinlik yaşaya bilərsiniz.  Bunu daha
rahat və əhvalınızın yüksək olan zamanında etsəniz daha məqsədəuyğun
olar.

Öncədən
övladınızın istəklərini müzakirə şəklində öyrənməyə çalışın. Bu üsulla
nələri daha çox sevər, nələr onu daha çox sevindirər - bu barədə
məlumatlana bilər, hədiyyənizi övladınızın istəklərinə görə seçə
bilərsiniz.

Mağazada
hər hansı bir nəyisə övladınız üçün bəyənmisinizsə onu almağa
tələsməyin. Bir neçə yerə də baxmağınız sizə daha uğurlu seçim
etməyinizə kömək edəcək.

Hədiyyə alarkən evdə büdcənizə göz gəzdirməniz mağazada  çaşqınlığın yaranmasının qarşısını alar.

Uşaqlar
üçün  oyuncaqlar əvəzedilməz hədiyyədir. Məlumdur ki, bütün uşaqlar
oyuncaq hədiyyə olunmasını çox sevərlər. Övladınıza aldığınız oyuncağın
inkişafetdirici olması daha məqsədəuyğun olar.

Kitab
hədiyyə etməyiniz də uşaqlar üçün müxtəlif baxımlardan
inkişafetdiricidir. Xüsusi günlərdə kitabın fərqli və uşağın diqqətini
çəkəcək şəkildə olmasına, eyni zamanda yaşına uyğun olmasına diqqət
edin.

Övladınıza etdiyiniz hədiyyənin bahalı olması deyil, onu sevindirməsi və inkişafına müsbət təsir etməsi önəmlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!