Tərbiyə zamanı cəzalandırma metodundan istifadə

Tərbiyə zamanı cəzalandırma metodundan istifadə
Bir Ana - Bir Bala
10.09.2017 11
Tərbiyə
zamanı mükafatlandırma metodundan istifadə olunduğu kimi cəzalandırma
metodundan da istifadə olunur. Diqqət etməli olduğunuz məqam isə hansı
metodu  hansı məqam üçün tətbiq etməli olduğunuzu bilmənizdir. Nə zaman
uşağı cəzalandırmaq olar? Hansı cəza vasitələri qəbul olunmazdır?

Övladınıza cəza tətbiq etdiyiniz zaman nələrə diqqət etməlisiniz:

Övladınızın davranışını obyektiv qiymətləndirin. Səbəbsiz cəzalandırılma yanlış tərbiyəyə yol açar.

Fiziki cəzalar tətbiq etməyin. Verdiyiniz travma tərbiyə üsulu deyil.

Verdiyiniz cəza övladınızın sağlamlığına zərərli olmamalıdır.

Cəzanı qorxutmaq vasitəsi kimi seçməyin.

Təhqir cəza vasitəsi deyil. Övladınızı təhqir etdiyiniz zaman bir sıra psixoloji fəsadlara yol açacağınızı unutmayın.

 

Övladınıza
tətbiq etdiyiniz cəza bitdikdən sonra etdiyi davranışı dəfələrlə ona
xatırlatmağınıza, onu sözlərinizlə incitməyinizə ehtiyac yoxdur.
Verdiyiniz cəza ona səhvlərini anlamaqda kömək edəcək.

Övladınızı
sevgisizliyinizlə cəzalandırmayın. "Bir də bunu etsən səni sevməyəcəm”,
"Bu davranışına görə səni sevmirəm” və s. kimi cümlələri cəza vasitəsi
olaraq tətbiq etmək yanlışdır. Bu kimi cümlələr övladınızda sizi
itirmək, sizin sevginizdən məhrum olmaq qorxusu yaradar.

Uşağı
tez-tez cəzalandırmaq məqsədəuyğun deyil. Əgər davranışı cəza tətbiq
etməyinizə əsas vermirsə, hər hansı kiçik yanlışları varsa bu zaman
cəzalandırmaq yerinə müzakirələr etməyiniz faydalı olar.  

Tərbiyə
prosesi zamanı hansı metodun tətbiqi situasiyaya  uğun olaraq dəyişir. 
Valideynin situasiyanı nəzərə alaraq həmin an üçün uğurla tərbiyə
metodundan istifadə etməyi bacarması önəmli məqamdır.  Ehtiyac olmadığı
hallarda cəzalardan istifadə etməməyiniz tövsiyə olunandır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!