Gecələr tualet təlimi

Gecələr tualet təlimi
Bir Ana - Bir Bala
10.09.2017 35
Əgər
gündüzlər övladınızı ayaqyoluna getməyi öyrətmisinizsə artıq gecələr də
onu yerini islatmadan tualetə getməyi öyrətmənin zamanı gəlib. Bu
kifayət qədər səbr tələb edən işin öhdəsindən gəlmək üçün Sizə
aşağıdakıları tövsiyə edirik:

-
Gecələr quru qalmaq üçün təlimə nə vaxt başlamaq lazımdır? Bunun ən
düzgün vaxtını Sizə hiss edəcəksiniz. Əgər bir neçə gün ərzində bezlər
gecədən sonra quru qalırsa onda bezdən yavaş-yavaş imtina etməyin vaxtı
çatıb. Ola bilər ki, təklif uşağın özündən gəlsin. Əgər gecələr bez onu
narahat edirsə, bezdən imtina edib gecə tualeti təliminə başlaya
bilərsiniz.

-
Yatmadan öncə uşağı oyadıb tualetə aparmaq. Düzdür bir çox
mütəxissislər hesab edirləri ki, uşaqlar yuxudan tam oyanmırlarsa onlar
nə baş verdiyini tam anlamırlar. Bununla belə, bu uşaqlarda yuxudan
durub tualetə getmək vərdişi yaradır. Əgər uşağınızdan sonra
yatlırsınızsa özünüz yatmaqdan öncə onu oyadın və tualetə aparın.

 

Döşəyi
qoruyan plastik qoruyucu və ya döşəyin gecə islanmasının qarşısını alan
digər vasitələr əldə edin. Azərbaycanda çox az satılsa da və daha baha
başa gələn birdəfəlik döşəklərdən də istifadə edə bilərsiniz. Bu gecənin
bir aləmi döşək dərdi çəkməkdən sizi azad edəcək.

-
Yuxudan əvvəl maye qəbulunu azaldın. Uşaq yuxuya getməmişdən bir neçə
saat əvvəl maye qəbuluna nəzarət edin. Susuzluğu olarsa 1-2 qurtdum su
verin. Çox maye qəbul etmək gecə uşağın yerini islatma ehtimalını
artırır.

-
Yatağın yanına qorşok (güvəc) qoyun və əmin olun ki, həmin yerə gecə
lampasının işığı düşür. Uşaq oyanıb tualetə getmək istəsə bir də bu işi
böyük həngaməyə çevirməmək üçün əvvəlcədən hazır olun.

-
Səbrli olun. Uşaqların gecə yerini islatmaması zaman tələb edir. Ola
bilər ki 5-6 ardıcıl "uğurlu” gecədən sonra yenə də "uğursuzluqla”
üzləşəsiniz. Amma səbrli olub təlimə davam edin.

- Əldə
quru gecələrə görə övladınızı tərifləyin və həvəsləndirin. Məsələn, hər
"uğurlu” gecəyə görə bir kiçik hədiyyə edin. Amma, uğursuzluğa görə də
həddindən artıq məyus olmayın.

 

Bu çətin işdə Sizə uğurlar arzu edirik. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!