Uşaqlar həqiqətənmi savadsızdırlar?

Uşaqlar həqiqətənmi savadsızdırlar?
Bir Ana - Bir Bala
10.09.2017 31
Ötən
günün əsas xəbərlərindən biri oxuyub-yazmağı bacarmayan şagirdlərlə
bağlı oldu. Keçirilmiş buraxılış imtahanlarının nəticələrinə görə 24
nəfər XI sinif şagirdi, 76 nəfər isə IX sinif şagirdinin oxuyub-yaza
bilməməsi aşkarlanmışdır. Təbii ki, bu "qara xəbər” bütün internet xəbər
portallarında və sosial şəbəkələrdə çox sürətlə yayıldı, çünki pis
xəbərlər tez yayılır. Bəs siz bu xəbəri necə qarşıladınız? Həqiqətənmi
vəziyyət bu qədər faciəvidir?

 

Azərbaycanda
"savadsızlığın tarixi”nə qısa nəzər salaq. XX əsrin 30-cu illərində
əhalinin yalnız 30%-ə qədəri oxuyub-yazmağı bacarırdı. Savadsızlığın
ləğvinə həsr edilmiş intensiv tədbirlər nəticəsində əhalinin savadlılıq
səviyyəsi 1959-cu ildə 97%-ə çatmışdır. 30 il ərzində savadsızlığın
kütləvi olaraq azaldılması bir millət üçün olduqca əhəmiyyətli faktdır. 
Statistika komitəsinin rəqəmlərinə əsasən 1989-cu ildə əhalinin
97.3%-i, 1999-cu ildə 98.8%-i, 2009-cu ildə 99.8%-i oxuyub-yazma
bacarığına malik olmuşdur. Başqa sözlə Azərbaycanda az da olsa həmişə
oxuyub-yaza bilməyən insanlar olub. Daha dəqiq desək hazırda 10 milyon
əhalisi olan Azərbaycanda təxminən 20,000-ə qədər insan müxtəlif
səbəblərdən savadlı deyil. Bu kontekstdə IX sinfi bitirən 100,000-dən
artıq məzunun 74 nəfərinin oxuyub-yaza bilməməsinin faciə kimi qəbul
edilməsinin nə qədər düz olması barədə Siz qərar verin.

 

Dünyanın
hər bir ölkəsində - hətta inkişaf etmişlərində belə - savadsız, oxuyub
yaza bilməyən insanlar var. Çox uzaq deyil, qonşu ölkələrə nəzər
saldıqda məlum olur ki, Rusiyada əhalinin 0,6%-i, Türkiyədə təxminən
5%-i, İranda isə 15%-ə qədəri oxuyub-yazmağı bacarmır (mənbə Dünya
Bankı).

 

Doğrudur,
ölkədə təhsil sahəsində bir çox ciddi problemlər mövcuddur. Hər bir
məsuliyyətli valideynin mənəvi borcu problemləri doğru dərk etmək, və
övladına dəstək olmaq, ona maneə ola biləcək amilləri minimuma
endirməkdir. Lakin siz valideyn olaraq pessimist (bədbin) yox, optimist
(nikbin) olmalısınız. Bəzən hansısa emosiyalara qapılıb, "hər şey
pisdir” deyə düşünüb özünüzün və övladınızın motivasiyasını aşağı
salmayın. Təhsildə uğur üçün ən önəmli faktor öyrənmə həvəsidir –
övladınıza ümid verin və onun oxuma həvəsini artırın .скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!