Kiçik idarəedicilər: uşağın çaldığı hava ilə oynayan valideynlərə məsləhət

Kiçik idarəedicilər: uşağın çaldığı hava ilə oynayan valideynlərə məsləhət
Bir Ana - Bir Bala
10.09.2017 7
Demokratik
tərbiyə təcrübəsindən yararlanan valideynlər zaman-zaman uşaq
manipulyasiyasının qurbanı olduqlarını etiraf edirlər. Ərköyün uşaqlar
valideynlərinin boynunda oturaraq hər şıltaqlıqlarının yerinə
yetirilməsini tələb edirlər. Lakin, ən ciddi valideynlər də belə
"oyunlardan” sığortalanmayıb. Əgər sizin ailədə manipulyator varsa bu
səhvləri buraxmayın:

Səhv 1: valideynlərin uşağın manipulyasiya cəhdlərini gec anlaması.

Əksər
valideyinlər eyni səhvi buraxırlar: övladlarının onları idarəetmə
cəhdlərini ilk vaxtlar anlamır və ya buna xüsusi diqqət ayırmırlar.
Bildiyimiz kimi isə, axıra qədər müalicə olunmayan xəstəlik fəsadlara
səbəb olur. Belə də uşaqların zərərli vərdişləri.

Körpələrin
ətrafdakıları manipulyasiya etməsi mümkün deyil. Kiçik yaşlılar sərbəst
hərəkət edə bilmədikləri üçün çətin anlarında analarını köməyə
çağırırlar. Məktəbəqədər uşaqlar və kiçik məktəblilər isə istədiklərinə
asanlıqla çatmaq üçün şüurlu şəkildə ətrafdakıları manipulyasiya etməyə
çalışırlar. "İdarəetməni” bir neçə "metodun” vasitəsi ilə: ayaqların
yerə döyüb ağlayaraq; dəfələrlə eyni sözü təkrar edərək; yaltaqlıq və ya
əsəbi və aqressiv davranırlara həyata keçirmək istəyirlər. Bir dəfə
istəyinə çatan uşaq yaranan bütün çətinliklər zamanı seçdiyi "metoddan”
istifadə edir.

Manipulyasiyanı
uşaqda inkişaf etdirməmək üçün, "hücumun” ilk cəhdlərini hiss etmək
lazımdır və uşağa bunun işləmədiyini ciddi şəkildə göstərmək lazımdır.
İlkin mərhələdə Siz səbr və diqqətlə hansı hallarda manipulyasiyanın
təkrar olunmasını qeyd etməlisiniz. Və ya birbaşa olaraq övladınızdan
nəyi istədiyini və bunu niyə istədiyini soruşun.

Səhv 2: pis nümunə.

Bəzən valideynlər uşaqların istədiklərinə çatması üçün manipulyasiya etməsinə şərait yaradırlar.

Bəzən
isə yaranmış manipulyasiyanı möhkəmləndirərək səhv addım atırlar.
Manipulyasiyanı möhkəmləndirmək – uşağın istədiyini etmək deməkdir.

Ən
ağır halda valideyn övladı ilə dialoqlarını və tələblərini
manipulyasiya şəklində quran zaman olur. (Məs., mən bu kitabı 2- ci
sinifdə oxumuşdum, sən 5-ci sinifdə oxuyursan. Mən qəbul imtahanında
bütün suallara cavab vermişdim. Bizim ailədə hamı həkim olub, mən də
səni ağ xalatda görmək istəyirəm və s.).

Səhv 3: təslim olmaq və güzəştə getmək.

Həqiqətən,
bəzən güzəştə getmək uşaqdan "xilas” olmaq üçün ən asan çıxış yolu
sayılır. Əsasən valideynlər ictimai yerlərdə: marketdə, məktəbdə, qonaq
gedərkən, xəstəxanada uşaqların manipulyasiyasına göz yumurlar
(məs.,mağazada rastlaşdığımız ağlayan uşaq istədiyi oyuncağın alınmasını
tələb edir. Ana övladının rəftarında utanıb uşağı dilə tutmağa çalışır.
Bu zaman hisrlənməyin! Səbrli olun! Və qətiyyən uşağa güzəştə getməyin!
Uşaqla birlikdə mağazanı tərk edin).

Səhv 4: aqressiya göstərmək.

Uşaq
dərsə getmək istəmir, Sizə dəfələrlə təkrar etdiyi yalanı
söyləyir:”özümü pis hiss edirəm, xəstələnmişəm”. Siz artıq bunun
manipulyasiya olduğunu bilirsiz. Qətiyyən əsəbləşməyin! Siz vəziyyəti
nəzarətdən çıxara bilərsiz. Sakitcə uşağa nə olduğunu öyrənin. Çalışın
bütün söhbətlər açılsın, çünki hər hərəkət düşünülərək olmasa belə,
instikt hisslərdən yaranır. Uşağa hisslərini başa düşməkdə köməklik
edin.

Valideynlərə məsləhət



Özünüzə
əmin olun! "Yaxşı” və "pis”, "olar” ya "olmaz” anlayışlarını əvvəlcədən
təyin edin. Bu sərhədlər sizə qərar qəbul etməyə kömək etməlidir, ətraf
müdaxilələr tərəfindən qəti pozulmamalıdır;

Uşaqlar üçün əsas və dəqiq sərhədlər təyin edin, bu çərçivə daxilində övladınıza sərbəstlik verin;

Uşağın fikrinə hörmət edin, amma son qərarı sizin qəbul etdiyinizi uşaq başa düşməlidir;

Övladınızla səmimi və dürüst olun, əgər səhv buraxmısınızsa bunu etiraf edin;

Qəbul edin ki, istədiyinə çatmadığına görə uşaq aqressiya göstərə bilər. Buna görə onu nə danlayın, nə də güzəştə gedin;

Öz hisslərinizə nəzarət edin və uşaqla səbrlə rəftar edin;

Övladınızla çoxlu söhbət edin və tez-tez onu sevdiyini söyləyin;

Uşaqlarda
yetkinlik yaşlarında belə problemlərlə rastlaşmamaq üçün kiçik
yaşlarından onlara qarşı hörmət, sevgi, nizam-intizamı qorumağa
çalışın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!