Övladınıza paylaşmağı öyrədin

Övladınıza paylaşmağı öyrədin
Bir Ana - Bir Bala
10.09.2017 7
Övladınıza
paylaşmağı bacarmağı öyrətməniz olduqca vacibdir. Paylaşmağı bacarmaq-
övladınızın müxtəlif  yaş dövrlərində ona gərəkli olacaq. Bəs bu hissi övladınıza necə öyrədə bilərsiniz? 

Körpəlikdən  övladınızla danışdıqlarınızda bu hissin inkişafına diqqət edin. Yemək
hazırlayarkən, övladınıza yemək verərkən və s. Məsələn , yemək verərkən
"biri sənin olsun, biri mənim” ,  paltar alarkən " birini sənə alaq,
birini qardaşına”  və s. kimi ifadələr köməyinizə gələcək.

Övladınızla birlikdə alış –verişə gedərkən ona qardaşı və ya bacısı üçün nəsə seçməyinə icazə verin. Məsələn,
paltar alarkən "Gəl , birini sənə alaq birini qardaşına. Qardaşın üçün
hansını bəyənirsən?”, Oyuncaq seçərkən "Birini özün üçün, birini
qardaşın üçün seç” və s. kimi ifadələr faydalıdır.

Övladınızla
söhbətinizdə  "qardaşının dəftəri”, "mənim kitabım” və s. kimi
ifadələri işlədərək bu hissin inkişafına müsbətyönümlü təsir edə
bilərsiniz.

Övladınıza bu baxımdan nümunə olun. Özünüz ətrafınızdakı insanlarla nələrisə paylaşaraq ona ən gözəl  nümunə ola bilərsiniz.

Əlindəki oyuncağını yoldaşı ilə dəyişdirməsinə kömək edin. Bu
fikri izah edin ki, sənin oyuncağınla yoldaşın oynayacaq və sən də onun
oyuncağı ilə oynayacaqsan. Bu zaman övladınız əşyasını itirmək
hissindən uzaqlaşaraq  özünü daha rahat hiss edər.

Bir neçə əşyasından hansını paylaşmaq istədiyinə özünün qərar verməsinə icazə verin.

Övladınız
üçün xüsusi olan əşyasını kiminləsə paylaşmaması zamanı  bunu etməsi
üçün müxtəlif üsullar axtarmanıza ehtiyac yoxdur. Təkidlə bunu etdirməyə
çalışsanız övladınız psixoloji narahatlıq keçirə bilər.

Övladınıza paylaşma hissini öyrədərkən  onu məcbur etməyin. Əks halda qarşı tərəfə acıqlı ola , aqressiya nümayiş etdirə bilər.

Övladınıza paylaşmağı sevdirin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!