Bu qidalar uşaqlarınızda inkişafı ləngidə bilər

Bu qidalar uşaqlarınızda inkişafı ləngidə bilər
Bir Ana - Bir Bala
10.09.2017 12
Dünyaca məşhur ingilis şef aşpazı və şoumeni Ceymi
Oliver son illər istər Amerika, istərsə də İngiltərədə fastfud
yeyənlərin çoxalması və bunun nəticəsində ortaya çıxan neqativ
faktorlara görə "tez-bazar" yeməklərə qarşı çıxan "pəhləvana" çevrilib.

"Ceyminin mətbəxi" və "30 dəqiqəyə hazırlayaq" kimi
kulinariya şoularından da tanınan şef aşpaz ən çox da uşaqların belə
qidaları qəbul etməsinin əleyhinə olub, mübarizə aparır, hökumətin
dəstəyi ilə məktəblilərin düzgün qidalanması layihələrinə start verib.

Problemin ciddiliyi məsələni dərindən araşdırmağı tələb edir.



Niyə məhz fastfudlar?

Fastfudlar, səmimi etiraf edək ki, biz böyüklərin belə
xoşuna gəlir, o ki qaldı uşaqların. Cəlbedici və rəngarəng bağlama,
ətirli, xırçıltılı dad... bu balacalarımız üçün əyləncəli bir yemək
növüdür. Kalorisi, şəkəri və ən əsası, da zərəri olduqca yüksək olan,
amma heç bir faydası olmayan qidadır. Bu məqamda artıq ciddi
düşünməliyik! Son illər Amerikada piylənmədən əziyyət çəkənlərin 50 mln.
nəfərə qalxmasının da əsas səbəbi məhz bu "tez-bazar" yeməklərdir.

 

Üstünü oxumadığımız kağızlarda yazılan şok rəqəmlər

Kim uşağı üçün aldığı hamburgerin kağızındakı
rəqəmlərə fikir verir? Heç kim! Əgər fikir verən olsaydı, ümumiyyətə, o
qidaları uşağına alıb, onun "gül kimi" orqanizmini məhv etməzdi!



Belə ki, 100 qram məhsulda 28 qram şəkər, bir
hamburgerdə 1500 kkal, bir şaurmada 696 kkal, bir uşaq pizzasında 980
kkal və 1860 mq. natrium var.

"Son illər sanki dəb halını alıb. Gənc analar və çox
təəssüf ki, savadlı analar övladları ilə müxtəlif fastfud
restoranlarından kartof-fri, hamburger yeyərək, selfilər paylaşır, bunu
da böyük fəxarətlə edirlər" - bunu mövzu ilə bağlı açıqlama verən
pediatr Vaqif Qarayev söyləyib. O çox təəssüf hissi ilə bildirib ki,
hətta 1 yaşlı, 2 yaşlı uşaqlara da çəkinmədən, zərərini bilə-bilə belə
qidaları verirlər. Bu, yolverilməzdir.

Pediatr qeyd edib ki, fastfudlar kimyəvi, heyvani
mənşəli yağlardan hazırlanan, aromat, izafi şəkərə malik çox zərərli
qidalardır və tərkibi uşaq inkişafını ləngidən maddələrlə zəngindir.
Məsələn, normada bir uşaq sutka ərzində uzağı 9 q zülal qəbul etməlidir.
Amma fastfudlarda 100 qrama yaxın zülal var.

V.Qarayev analara bir daha xəbərdarlıq edərək, belə
yeməklərin uşaqlarda yarada biləcəyi təhlükələri sadalayıb: Piylənmə,
qastrit, diabet, asılılıq, diqqətsizlik, intellektual geriqalma,
mədə-bağırsaq problemləri, zəhərlənmələr və qorxulu onkoloji
xəstəliklər.

V.Qarayev sonda onu da bildirib ki, 3 yaşa kimi
uşaqlara ümumiyyətlə fastfud verilməsin. Həkim bütün gənc anaları bu
mövzuda diqqətli olmağa, tənbəllik etmədən uşaqlar üçün təbii və dadlı
qidaları ev şəraitində hazırlamağa çağırıb.

 

Uşaqların fastfud asılılığın səbəbi nədir?

Avstraliyanın Adelaida Universitetinin alimləri çox
maraqlı araşdırma aparıblar. Onlara görə, uşaqlarda fastfuda meyl iki
kritik dövrdə yaranır:



Birincisi, ana bətnində - xüsusilə də hamiləliyin 3-cü
rübü (6-9 ay) və birdə yeniyetməlik çağında. Odur ki, alimlər hamilə
xanımlara bu cür qidalar yeməyi məsləhət görmür, qeyd edirlər ki, onlar
nəinki artıq çəki yaradır, həm də kütbeyin övladların dünyaya gəlməsinə
səbəb olur.



Bəs uşaq fastfud istəyəndə nə verək?

Əgər indiyə kimi uşağa dönər, hamburger, kartof-fri
alıb vermisinizsə, indi də gec deyil. Bu yazıdan sonra fastfuda STOP
deyə bilərsiniz. Uşaq isə həmin qidalardan istədikdə onları ev
şəraitində - təmiz və daha sağlam şəkildə hazırlanmış yeməklərə dəvət
edə bilərsiniz.

Beləliklə, ev şəraitində hazırlanan şaurma ilə onun həm fastfud arzusunu reallaşdırmış, həm də sağlamlığını qorumuş olacaqsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!