Uşağım söyüş söyür!

Uşağım söyüş söyür!
Bir Ana - Bir Bala
10.09.2017 27
Bəzən uşağımızın pis sözlər danışdığını, ətrafındakıları təhqir etdiyini, söyüş söydüyünü görürük. Elə isə nə etməli? Bunun qarşısını almaq üçün hansı addımları atmalı?…

Bu məsələdə yol verdiyiniz ən böyük səhvlərdən biri də uşağın ağzından pis söz eşidən kimi sərt reaksiya verməyimizdir:

“Bir daha bu sözü səndən eşitməyim, yoxsa pis olar”, “Ağzına bibər sürtərəm”, “Bu sözləri həyətdə öyrənirsən, bir də məndən icazəsiz həyətə düşməyəcəksən”, “Sən bu bu sözləri bağçada öyrənmisən?” və s. Bu sözlər, bəlkə də problemin müvəqqəti həll etməyə kömək edə bilər. Ancaq uşaq valideynin yanında söyüş söyməsə də, buna mane olmayan hər hansı bir mühitə düşdükdə yenə söyüş söyməkdə davam edəcək. Yəni, burada əsas məsələ uşağın söyüş söyməyi ata-anasından qorxduğu üçün yox, pis hərəkət olduğunu başa düşdüyü üçün tərgitməsidir. İndi isə bu problemin qarşısını almaq üçün lazım olan tədbirləri nəzərdən keçirək.

Hər şeydən əvvəl uşağı söyüş söyməyə və ya ümumiyyətlə pis söz danışmağa sövq edən səbəblər araşdırımalıdır. Buna səbəb dostlardırmı? Yoxsa, diqqəti cəlb etmək üçün belə edir? Bəlkə bu şəkildə daha güclü olacağını düşünür? Yoxsa sadəcə olaraq ona maraqlı olduğu üçün söyür?…

Əgər səbəbin uşağınızın dostları olduğunu düşünürsünüzsə, onun dostları ilə əlaqələrini tamamilə kəsməyin. Əvəzində alternativ “dostlar” təklif edin və ya uşağınızın vaxt keçirmək imkanlarını artıraraq “mühitini” dəyişdirin. Beləliklə, uşaq dostlarını uzun müddət görə bilmədiyi üçün tədricən bu sözləri unudacaq.

Səbəbin diqqəti cəlb etmək üçün olduğunu düşünürsünüzsə, uşağınız söyüş söyərkən sərt reaksiya verməyin. Əks halda uşaq bununla diqqəti özünə cəlb etdiyini düşünəcək və söyüşlərinin sayını artıracaq. Ən yaxşısı, məsələni böyütməyin və uşağınız söyüş söydükdə mümkün qədər rahat davranmağa çalışın. Bununla yanaşı uşağınızın söyüş söydükdə mümkün qədər rahat davranmağa çalışın. Bununla bərabər uşağınızın söyüş söymədiyi vaxtları müəyyənləşdirin və bu vaxtlarda ona diqqətinizi artırın. Hər dəfə nəsihət vermək əvəzinə onunla söyüşə bağlı keçmişdə yaşadığınız hadisələri bölüşün. Əgər uşağınızın söyüş söyməsinin səbəblərini bilmirsinizsə, və ya müəyyən etdiyiniz səbəbin qarşısını almaqda çətinlik çəkirsinizsə, bir mütəxəssislə məsləhətləşin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!