Yeni doğulmuş körpələrdə səpki

Yeni doğulmuş körpələrdə səpki
Bir Ana - Bir Bala
10.09.2017 18
Körpənin dərisində yüksək qızdırma və ürəkbulanması ilə müşayiət olunan səpkilərin əmələ gəlməsinə müxtəlif allergik reaksiyalar səbəb ola bilər. Səpkilər hər zaman təhlükə yaranması ilə bağlı deyil, bunların bəzisi kifayət qədər qısa vaxt ərzində öz-özünə keçib gedir. Ancaq bu problemə biganəliklə yanaşmaq da olmaz, dərhal pediatra müraciət etmək daha yaxşı olar.

Səpkinin növləri
Ən geniş yayılmış səpki növü çağa aknesidir. Bunu həm də tsefalik neonatal pustulyoz adlandırırlar. O, xırda, qırmızı və ya çəhrayı rəngli, bəzən irinli sızanaqlar şəklində olur. Bunlar yeni doğulmuş körpələrin yanaqlarında iki-üç həftəlik olanda yaranır. Həkimlər belə səpkiləri təhlükəsiz hesab edirlər, bu, öz-özünə, körpənin 2-3 aylığına çatanda heç bir dərmandan istifadə etmədən keçib gedir. Yeni doğulmuş körpələrdə aknenin əmələ gəlməsi uşaq orqanizmində hormonal yeniləşməni göstərir.

Diatez də həmçinin yanaqlarda xırda qızartılar şəklində yaranır, ancaq bu səpki körpənin bütün bədəninə yayıla bilir. Diatez əmələ gəlməsi allergik reaksiya və mədə-bağırsaq yolunun işindəki problemlərlə bağlıdır.

Körpənin qulaqlarındakı səpki nədən xəbər verir? Bu problem seboreya dermatiti adlanır. Bu səpki növü zahiri görünüşünə görə digər səpkilərdən fərqlənir; sarımtıl rəngli pulcuqlar şəklində təzahür edir. Mütəxəssislər bunu maya göbələkləri səpkisi adlandırırlar. Bunların əmələ gəlməsini yeni doğulmuş körpələrin orqanizmindəki hormonal dəyişikliklərlə əlaqələndirirlər. Belə səpki bir həftədən sonra keçir; onun müalicəsində pulcuqları vaxtaşırı bitki yağı ilə silməyi məsləhət görürlər.

Qırmızı rəngli nöqtə şəklində qovuqlar bişməcə adlandırılır. Bu dəri xəstəliyi valideynlərin uşaq gigiyenasını pozmaları ilə əlaqədardır. O həmçinin uşağı həddindən artıq isti geyindirdikdə və ya bürüdükdə baş verir, çünki bu, intensiv tərləmə yaradır və nəticədə gicişmə və bişməcə baş verir.

Qırmızı ləkələr və ya qırmızı sızanaqlar allergik reaksiyalar nəticəsində əmələ gələ bilər, bu hətta uşağı döşlə əmizdirdikdə də baş verə bilər. Bu, ananın düzgün qidalanmaması nəticəsində də baş verə bilər, əgər belədirsə, onda qırmızı piqmentləri törədən qidanı rasiondan dərhal çıxarmaq lazımdır. Bu allergiyaya zülal da səbəb ola bilər, çünki bu, bir yaşına qədər uşaq orqanizmi üçün güclü allergendir. Belə olduqda döş verən ananın inək südü içməkdən imtina etməsi məsləhətdir, çünki onun tərkibində zülal çoxdur.

Profilaktika və müalicə
Yuxarıda deyildiyi kimi, səpki əmələ gələn kimi həkimə müraciət etmək məsləhət görülür, çünki yalnız mütəxəssis bu və ya digər səpkinin növünü dəqiq müəyyən edə bilər və zəruri müalicə təyin edər. Ola bilər ki, fiziatriya, ümumiyyətlə, tələb olunmasın, bir qədər gözləmək də kifayət edər. Uşaqlarınızın səpkisinin müalicəsi ilə qətiyyən özünüz məşğul olmayın, çünki düzgün seçilməyən preparatlarla daha da ziyan vura və vəziyyəti ağırlaşdıra bilərsiniz. Həm də bununla siz körpənin dərisində əlavə allergik reaksiyalara risk yaradırsınız. Bu işdə profilaktika əsasdır, bu, yeni doğulmuş körpənin sağlamlığı ilə bağlı bir sıra problemlərdən qaçmağa kömək edə bilər. Körpəyə qayğı zamanı mütləq olan bir neçə tövsiyə mövcuddur:

Hər gün çimdirmə. Həmçinin suya yağsızlaşdırıcı və antibakterial effekti olan otlardan, məsələn çobanyastığı və ya pişikdili dəmləməsi qatmaq tövsiyə olunur;

Yeni doğulmuş körpələrin barmaqları həmişə bağlı olmalıdır, indi mağazalarda barmaq yerləri bağlı olan xüsusi paltarlar satılır. Belə olduqda körpə sızanaqları cırmaqlaya və ya qaşıya bilməyəcək və deməli, səpkilərə infeksiya da sala bilməyəcək;

Uşağın yeməyinə də ciddi nəzarət edin ki, hər hansı bir allergik reaksiya olmasın.

Bu sadə qaydalara əməl etməklə siz müəyyən problemlərin qarşısını ala bilərsiniz, uşağınız da həmişə sağlam və sakit olacaq. Özünüzü və balalarınızı qoruyun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!