Bişməcələr

Bişməcələr
Bir Ana - Bir Bala
10.09.2017 17
Körpələrin dərisi o qədər zərifdir ki, biz çox tez-tez qızartı və xırda səpkilərlə qarşılaşırıq. Paltarı düz seçməyəndə və ya əskiləri gec dəyişdirəndə, vaxtında çimdirməyə imkan tapmayanda eyni nəticə alınmış olur: körpə narahatdır, dərisi qızarmış və bişməcələnmişdir. Bu problemi çox asanlıqla aradan qaldırmaq olar.

Məsləhət 1
Çalışın ki, körpəni çox isti geyindirməyəsiniz, o nə qədər az tərləsə, qızartı bir o qədər az olacaq.

Məsləhət 2
Uşaqları çimdirməyə tənbəllik etməyin. Su nəinki sakitləşdirici təsir göstərir, həm də zərif dəriyə nəfəs almada kömək edir.

Məsləhət 3
Hər dəfə əskini dəyişdirəndə körpə bədənin zərif hissələrini yuyun. Dəriyə uşaq yağı və ya kremi çəkməklə onu nəmləndirin. Əgər qıcıqlanma xırda sızanaqlara səbəb olmuşdursa, tərkibində sink olan talk pudrası və ya uşaq kremlərindən istifadə edin: bunlar yaranı qurutmağa kömək göstərir. Mən çox zaman pişikdili otunun və ya palıd qabığı cövhərindən istifadə edirəm. Bu vasitələr dəfələrlə mənim köməyimə gəlib. Bu otlardan əlavə etməklə cəmi 2-3 vanna qəbulu uşağın dərisinin yenidən canlanmasına kömək edir.

Bütün analara evdə bu vasitələri saxlamağı məsləhət görürəm, o zaman siz körpənin narahatlıqlarına son qoya bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!