Uşaqlarda qızdırma zamanı nə etməli

Uşaqlarda qızdırma zamanı nə etməli
Bir Ana - Bir Bala
10.09.2017 21
Valideynləri ən çox narahat edən xəstəliklərdən biri də körpə və uşaqlarda ortaya çıxan “qızdırma”dır. Bu kimi hallarla qarşılaşdığınızda, nə etməniz lazım olduğunu bilmək üçün təkliflərimizə nəzər salın:
Körpənizə baxdığınızda bəzən normal olmayan bir vəziyyətlə qarşılaşırsınız. Sanki narahatdır, yanaqları qızarıb. Bu zaman çox narahat olar və əlinizlə qızıdrmasını yoxlayarsınız. Normaldan daha isti olduğunu hiss edirsinizsə, termometrlə də baxaraq dəqiq-ləşdirməlisiniz. Nəticəyə baxdığınızda şübhələriniz təsdiqlənmişdir: Uşağınızın qızdırması var.
Körpənizdə qızdırma olduğunu müəyyən etdikdə, lazım olan ən əhəmiyyətli şey, soyuqqanlı olmağınızdır. Çünki qızdırma müvəqqəti bir vəziyyətdir.
Qızdırma, sadə bir ifadə ilə desək, bədənin normal temperaturunun yüksəlməsi mənasını verir. Əslində qızdırma, bədənin xəstəliyə cavabıdır. Xəstəliyin bir işarəsi olan qızdırmanın aşağı düşməsi, təhlükənin ortadan qalxacağı demək deyil. Əsas məsələ, qızdırmanı yaradan xəstəliyin müalicə edilməsidir.

Uşağınızın qızdırmasını necə ölçə bilərsiniz?
Körpənizdə qızdırma olub-olmadığını bilməyin ən asan yolu, əlinizlə və yaxud dodağınızla toxunaraq ölçməkdir. Ancaq daha dəqiq bir nəticə üçün termometrdən istifadə etmək vacibdir.
Körpənizin bədən istiliyini ölçərkən fərqli bölgələrin-dən faydalana bilərsiniz. Ağız, qoltuq altı və qulaqdan qızıdırmanı ölçmək olar. Termometri kiçik uşaqların ağzına qoymaq təhlükəli ola bilər. Uşağınız 4-5 yaşından kiçikdirsə, qızdırmasını ölçmək üçün qoltuq altından istifadə edə bilərsiniz.
Ölçmə zamanı standart şüşə termometr və ya digital olanlardan istifadə oluna bilər. Digital termometr analoq olanlarına nisbətən daha tez nəticə verir və oxunması daha asandır.

Qızdırmaya qarşı nə etmək lazımdır?
● Sərin saxlayın: Uşağınızın qızdırması olduğunda, onu isti mühitdən uzaqlaşdırmalı və sərin tutmalısınız. Otağın temperaturu 20-21 dərəcədən çox olmamalıdır. Üstündə qalın geyimlər varsa çıxarın və bütün bədənini örtəcək yüngül geyimlər geyindirin. Beləcə bədəndə olan istilik çölə çıxma imkanı tapar.
● Bol maye verin: Qızdırmayla birlikdə tərləmə olmadan, birbaşa buxarlanma ilə bədənin maye itkisi artar. Bunun üçün uşağınıza, su ilə birlikdə bol maye tərkibli yeməklər vermək lazımdır: meyvə suyu, bol sulu meyvələr (limon, naringi, portağal), şorba və s.
● Lazım olarsa dərman içirin: Qızdırmanın çox vaxt infeksiyayla mübarizədə əhəmiyyətli olduğunu düşü-nərək, lazım olduğu təqdirdə dərman istifadə edin. Uşağınızın qızdırması 39 dərəcədən çoxdursa, ağrısı varsa və yata bilmirsə həkim tövsiyəsi ilə dərman istifadə etmək olar.
● Yaş bezlə kompress edin: Körpənizi tamamilə soyundurun. Ancaq əvvəlcədən ilıq su və bezlər hazır olmalıdır. Nə isti, nə də soyuq, bədən istiliyinə yaxın olan (elmi olaraq 32 dərəcə) suyun içində təmiz bir bezi isladaraq, bədənini silin. Bu prosesi etdiyiniz otaq isti olmalıdır. Uşağınızın boynunu, üzünü, qarnını, diz-lərini və dirsəklərini silin. Bu əməliyyatı 20-30 dəqiqə davam etdirmək bədənin hərarətini salmaq üçün kifayətdir.
● Çox hərəkət etməsinin qarşısını alın: Xəstəlik belə bəzən uşaqların bitmək-tükənmək bilməyən enerji-lərinin qarşısını almır. Ancaq həddindən artıq hərəkət, bədən temperaturunun artmasına səbəb olacağı üçün, onların yavaş hərəkət etmələrini təmin edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!