Uşağın gecə rahat yatması üçün ANALARA 15 MƏSLƏHƏT

Uşağın gecə rahat yatması üçün ANALARA 15 MƏSLƏHƏT
Bir Ana - Bir Bala
10.09.2017 8
uxu saatı və yatmaq körpələrin böyüməsi və inkişafında mühüm əhəmiyyət kəsb edən məqamdır. Mütəxəssislər bildirir ki, körpəyə ikinci həftədən etibarən gecə-gündüz fərqini ayırd etməyi öyrətmək lazımdır.

Körpələr əslində yuxu nizamına tez alışırlar. Ancaq bu mövzuda valideynlərin daha sakit və səbirli olması lazımdır. Körpəniz böyüdükcə xarici dünyanı tanımağa başlayacaq və gecə yuxuları uzanarkən, gündüz yuxularında azalmalar olacaq. Körpənizin öz yuxu nizamını təyin etməsinə fürsət verməli və ona vaxt ayırmalısınız. Bu səbəbdən də ona qarşı səbirli olun. Beləliklə, onun yuxu dövriliyinin gedərək müəyyən bir nizama girdiyini görəcəksiniz.

1. Gündüz tez-tez qucağınıza alaraq xarici dünyanın fərqliliklərini qəbul etməsini təmin edin.

2. Gün ərzində ola bildiyi qədər oyaq saxlamağa çalışın.

3. Yatmazdan əvvəl mütləq qidalandırın.

4. Yuxu öncəsi ilıq bir duş qəbul etdirin.

5. Yuxu vaxtı ev içində ani dəyişikliklərdən qaçın. Qəfil yüksək səslə televizoru açmayın və ya ani hərəkətlər etməyin.

6. Dərin yuxuya getməsini izləyin. Bunu ağız və burun hərəkətlərindən anlaya bilərsiniz.

7. Gecə yuxularında ona sakit bir mühit yaradın.

8. Yuxusu gəldiyi sırada etdiyi bədən hərəkətlərini təqib edin və anlamağa çalışın.

9. Gecə yatarkən otağına aparın, işığı söndürün, lakin qapısını yarı açıq saxlayın.

10. Pijama geyindirmək, lay-lay demək və həzin musiqi onun yuxuya getməsini təmin edəcək. Yuxuya getməsi üçün hazırlanan bu mərasimlər körpənizin yuxuya hazırlanması və daha tez yatmasını təmin edər.

11. Körpənizi istəmədiyi bir şeyə məcbur etməniz və ya sərt hərəkətlər etməyiniz onu narahat edər. Bu tərz yaşana biləcək anlaşılmazlıqları mütləq yuxudan əvvəl həll edin.

12. Ağlayaraq oyanma vəziyyətində yumşaq bir şəkildə danışaraq, sakitləşdirərək, təkrar yatmasını təmin edin.

13. Evdəki rituallarınızı tez-tez pozmamağa çalışın.

14. Körpələr yuxu nizamına çox tez alışırlar. Ona görə də rahat olun, məcbur etməyin.

15. Müşahidələrinizə əsasən yuxu saatlarını təyin edin. Bir təqvim yaradın. Bu, sizin istədiyiniz saatlar deyil, uşağın təbii bədən ritminə uyğun saatlar olmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!