Uşaqlara plastilini evdə özünüz hazırlayın - QAYDA

Uşaqlara plastilini evdə özünüz hazırlayın - QAYDA
Bir Ana - Bir Bala
10.09.2017 7
Uşaqların yaradıcılıq, zehnini və xəyal güclərini inkişaf etdirən rəngarəng plastilinləri valideynlər evdə də hazırlaya bilərlər. Bu rəngarəng plastilinləri tamamilə təbii və hər evdə olan vəsaitlərlə hazırlamaq çox əyləncəlidir. Çünki hazırlanması ən az onunla oynamaq qədər maraqlıdır.

Əslində evdə iki cür plastilin hazırlaya bilərsiniz. Bunlardan biri xəmiri bişirərək, digəri bişirilmədən hazırlanır. Bişirilən oyun xəmiri daha asan formada ərsəyə gəlir. Bişirilməyən xəmirin istehsalı isə daha praktikdir və valideynlər səbirsiz uşaqları gözlətmək məcburiyyətində qalmırlar. Cəmi 2-3 dəqiqə içində hazırlanır.

Əziz valideynlər, uşaqlarınızla birgə evdə edə bilərsiniz…

Nümunə: 1 (bişirmədən)
- 3 stəkan un
- 1 stəkan su
- 2 şorba qaşığı duru yağ
- ¼ stəkan duz
- Xəmiri rəngləndirmək üçün qida boyası yerinə tərəvəz və meyvələrdən istifadə edə bilərsiniz.

Sarı rəng üçün zərdəçal, qırmızı və tonları üçün çuğundur suyu, moruq, böyürtkən və ya vişnə suyu, yaşıl üçün ispanaq suyu, qəhvəyi üçün qəhvə istifadə edə bilərsiniz.

Hazırlanması:
Qida boyasından başqa digər bütün vəsaitləri qarışdırın. Hazırladığınız xəmiri kiçik parçalara ayırın. Hər parçaya fərqli rəngdə qida boyası əlavə edin və xəmirləri təkrar yoğurarak rəngləndirin. Qida boyalarını qarışdıraraq fərqli rənglər də əldə edə bilərsiniz.

Nümunə: 2 (bişirilən)
- 1 stəkan un
- 1 stəkan su
- Yarım stəkanı duz
- 2 şorba qaşığı duru yağ
- 2 şorba qaşığı alma sirkəsi
- Qida boyası və ya dırnaq boyası

Hazırlanması:
Əvvəl unu və duzu qarışdırın. Alma sirkəsini su ilə birlikdə əlavə edin. Hazırladığınız xəmiri neçə rəng hazırlayacaqsınızsa, o qədər hissəyə bölün. Qida boyalarını duru yağ ilə birlikdə xəmirlərə əlavə edin və az odda əzərək bişirməyə başlayın. Xəmir ortada toplanaraq tavadan ayrıldıqda, odun üzərindən götürün və soyumağa qoyun. Hazırladığınız xəmirləri qurumamaları üçün mütləq ağzı bağlı plastik qablarda saxlayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!