Ana və uşaq üçün ana südünün üstünlükləri hansılardır?

Ana və uşaq üçün ana südünün üstünlükləri hansılardır?
Bir Ana - Bir Bala
10.09.2017 22
   Ana olmuş qadınların 97%-i övladlarını süd ilə qidalandırmaq imkanına malikdir. Südü olaraq, onu övladına verməkdən imtina edən analar isə ən azından böyuk günah işlətmiş olurlar. Belə qadınlar haqqında Məhəmməd Peyğəmbərin (s.ə.s.) hədisi-şərifində belə buyurulur: "Övladlarını əmizdir-məyə imkanı çatdığı təqdirdə bunu etməyən analar Allah qarşısında cavab verəcəklər". Ana südü körpə üçün əvəzolunmazdır. Övladını sevən hər bir ana südünün bu qədər faydalı olduğunu bildikdən sonra, çətin ki, uşağına bu yaxşılığı etməkdən boyun qaçıra.



Yazılanların yekunu kimi ana südünün fayda və üstünlüklərinə bir daha nəzər yetirək:



Uşaq üçün ana südünün üstünlükləri



1  Sterildir

2 Temperaturu həmişə optimaldır

3 Bağırsaqlardan asan sorulur

4 Normal fiziki və əqli inkişafı təmin edir

5 Uşağı mikrob, virus və göbələk infeksiyalarından müdafiə edir

6 İştahsızlığın qarşısını alır

7 Mimiki əzələlərin, dişlərin və nitqin düzgün inkişafına kömək edir

8 Beynin inkişafına müsbət təsir edir

9 Yeni doğulmuşlarda bağırsaq sancılarını aradan qaldırır

10 Dəmir defisitli qan azlığı riskini azaldır

11 Şəkərli diabetin əmələgəlmə riskini azaldır

12 Piylənmə və hiperxolesterinemiya riskini azaldır

13  Bronxial astma və allergik xəstəliklərə tutulmaq riskini azaldır

14 Xərçəng, leykemiya kimi sağalmaz xəstəliklərə tutulma riskini azaldır

15 Qəfləti ölüm riskini aşağı salır

16 Döşlə əmizdirmə ana və uşaq arasında bağlılıq əmələ gətirir ki, bu da gələcək münasibətlərə öz müsbət təsirini göstərir



Ana üçün südvermənin üstünlükləri



1  Uşaqlığın yığılması sürətlənir və doğuşdan sonrakı uşaqlıq qanaxmalarının qarşısını alır

2  Süd vəzi və yumurtalıq şişlərinin əmələ gəlmə riskini azaldır

3  Hamiləlik zamanı meydana gəlmiş artıq çəkini azaldır

4  Yenidən hamilə qalmaqdan qoruyur (98 %)

5  Endometrioz riskini azaldır

6  Hazırlanmasına vaxt sərf olunmur və körpənin qəbulu üçün həmişə hazırdır

7  Ana südünün əmələ gəlməsi üçün əlavə xərc tələb olunmur



Cəmiyyət üçün fayda



1 Sağlam əhali

2 Maddi cəhətdən qənaətçillik



Redakte etdi: Pretty girlскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!