Uşaq tərbiyəsində edilən səhvlər

Uşaq tərbiyəsində edilən səhvlər
Bir Ana - Bir Bala
10.09.2017 5
Dost kimi olmayın
Uşaqlar hər nə qədər azad olmaq istəsələr də ana-atanın rəhbərliyinə ehtiyac hiss edər. Halbuki sizin dost kimi yanaşmanız vəziyyətində ona valideynlərlik edəcək kimsə qalmayacaq. Böyümə çağındakı bir uşağın qaydalara, bu qaydaların tətbiq olunması üçün güdənə, yol göstərənə və lazım olduğunda sərhədlərə ehtiyacı vardır. Uşağınıza yoldaş kimi deyil, yol göstərici bir ana-ata olaraq yaxınlaşın.

Hər istədiyini almayın
İndiki vaxtda ana-atalar maddi imkanları olmasa belə uşaqlarına hər istədiklərini almağa çalışırlar. Çox vaxt fədakarlıq etdikləri üçün də ondan daha çox uğurlu olmasını, daha xoşbəxt olmasını və özlərini daha çox sevməsini gözləyirlər.
Ancaq belə bir gözləmə həm də ‘Mənim onun yaşında heç bir şeyim yox idi, onun hər şeyi olmalı' deyərək hər istədiyini almaq son dərəcə səhvdir. Ehtiyac xarici təqdim edilən maddi imkanlar uşağa fayda yerinə zərər verər. Pulun qiymətini anlamamasına, qazanmadan xərcləməyə öyrəşdiyi üçün tənbəlliyə öyrəşməsinə gətirib çıxarar.

Uşağınızla yatmayın

Körpəliyindən etibarən uşağınıza qazandırmanız lazım olan ən əhəmiyyətli vərdişlərdən biri sağlam yuxu vərdişi olmalı. Ayrıca uşaqların öz otaqlarında və öz yataqlarında yatmağa alışmaları onların həm bedensel sərhədlərini qorumalarını həm də tək başlarına qalıb özlərini əyləndirmələrini və özünə inamlı fərdlər olmalarını təmin edər.
Özünü yatıra bilən uşaq özünə etibarlı və məsuliyyət ala bilən bir yetkin olacaq. Kənar yandan sağlam yuxunun yalnız uşağın deyil sizin də ən fundamental ehtiyaclarınızdan olduğunu unutmayın.

Heç ağlamasın deyə çalışmayın
Bir çoxu uşağı narahat olmasın deyə hər istədiyini etməyə çalışır.
Halbuki evdə hər istədiyini əldə edən, maneə törədilməyən uşaq girdiyi ictimai mühitlərdə öz istədikləri olmadığı zaman böyük çətinlik yaşar və hirslənər. Əslində uşaqlar mənfi hissləriylə baş edə biləcək bacarığa sahibdirlər yetər ki icazə verilsin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!