Uşağınıza bir kamera verin

Uşağınıza bir kamera verin
Bir Ana - Bir Bala
10.09.2017 4
İndiki vaxtda uşaqların bir çoxu, kamera qarşısında çox vaxt keçirir, yaxşı bu vaxtın bir qisimini də obyektivin arxasında keçirsələr necə olar? Həyatı bir uşağın gözlərindən görmək, dünyanı kəşf edişlərini izləmək, yaradıcılıqlarının və maraqlarının gözlər önünə sərilməsinə şahid olmaq, inanılmaz bir hissdir. Uşağınızın əlinə niyə bir kamera verməniz lazım olduğunu öyrənmək istəyirsinizsə, oxumağa davam edin.

1. Kamera uşağınızın maraq duyğularını sərbəst buraxar
Uşaqlar, təbiətlə maraqlanırlar. Bir kamera əldə etmələrini təmin etmək, bir qapını açıb işsizcə gəzmələrinə icazə vermək kimidir. Dolanarkən, müşahidə edərkən, casusluq edərkən və yol boyu fotoşəkil çəkərkən ən kiçik şeylər belə maraqlı hala gələr. Uşaqlar, əyləncəli bucaqlar, xüsusi perspektivlər tapmada qabiliyyətlidirlər. Əsla fərq edə bilməyəcəyimiz şeyləri, əllərində bir kamera ilə asanlıqla kəşf edə bilərlər.

2. Kamera uşağınızın fərdilik hissini artırar
Hamımız bilirik ki, hər uşaq xüsusidir. 20 uşağı əllərində kameralarla eyni şeyi göstərməyə göndərsəniz, qarşılığında 20 fərqli fotoşəkil əldə etməniz olasıdır. Bir uşağa kamera vermək, həqiqətən də fərdiliklərini və xüsusiliklərini vurğulayan bir təsirə səbəb olar.

3. Qaydalar yoxdur.
Bəzi uşaqların fotoşəkilçiliyə olan maraq artdıqca, daha güclü fotoşəkil çəkən üçün bəzi ‘qaydaları' kəşf etmək istəyə bilərlər, lakin əyləncə, kəşf etmə və ifadə adına, sərhəd meydana gətirən tək şey səmadır. Bir sənət fəaliyyətində olan hər kəs, estetikin və sənətin spekulyativ olduğunu bilər - bu səbəbdən fotoşəkilin çox parlaq, qaranlıq, bulanıq ya da tərs olması heç vacib deyil. Uşaq sevirsə, onsuz da xüsusidir.

4. Anında sevindirər.

Bas və çək. Bu qədər sadə. Uşaq gördüyü anda çəkər və nəticələndirərə baxar. Bəzi uşaqlar məmnuniyyətlərini möhlətli yaşasalar da (film çəkilişi?) dünya daxilində bir çox uşaq, sənətlərini bir anda əllərinə almaqdan böyük zövq alar.

5. Gücləndiricidir.
Bütün bu səbəblər göz qarşısında saxlanıldığında, bir uşağın əlinə kamera vermək, ona özünü ifadə edə biləcəyi bir vasitə verməkdir. İfadə, yaradıcılıq, keşfediş və ifadənin konkret halı (vizual) dəstəklənildiyində, uşaqların həm içində olduqları dünyanı həm də özlərini daha dərin bir şəkildə kəşf etmə istəkləri də gücləndirilmiş olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!