Uşaqlar pulnan necə tanış olmalı?

Uşaqlar pulnan necə tanış olmalı?
Bir Ana - Bir Bala
10.09.2017 10
Hər yaşa uyğun pul dərsi

“Get a Financial Life” kitabının yazıçısı Beth Koblinerdən valideynlərə tövsiyələr...

3-5 yaş
Hər istəyini almağa cəhd etməyin, doğru deyil. Məsələn: istədiyi şey üçün ad gününə qədər gözləməsi lazım olduğunu söyləyin. Uşağınız üçün 3 qab hazırlayın. Bunlar yığma, xərcləmə və paylaşma qabları olsun. Pul hər əlinə keçdiyində 3 qaba bölüşdürməsini istəyin. Pulu yığılınca satın almaq istədiyi bir hədəfi, dilək siyahısı olsun. Hər pul verdiyinizdə hədəfinə nə qədər qaldığını izah edin.

6-10 yaş
Pulla əlaqədar doğru qərarlar verməsi lazım olduğunu izah etmə dövrüdür. Pulun məhdud olduğunu və necə xərclənəcəyinə doğru qərar vermək lazım olduğunu deyin. Onu bu yaşlarında etdiyiniz strategiyalara daxil edin. Məsələn: "Bunu aldım çünki digərini alsaydım zərər edə bilərdim. Bunun dadı və keyfiyyəti, bahalı olandan çox da fərqli deyil" dəyin. Marketdə uşağınıza pul verin, məsələn hansı meyvələri alacağına əlindəki pulla o qərar versin. Marketdə alış-veriş seçimlərinizi səsləndirin: "Buna həqiqətən ehtiyacımız olduğu üçün aldım, digərini almadım çünki gələn həftə qədər idarə edə bilərik."

11-13 yaş

Uşağınızla birlikdə ayda nə qədər kənara ata biləcəyinin planını edin. Nə qədər olduğunun əhəmiyyəti yoxdur. Dama-dama göl olar. Hər gün çipsiyə verdiyi pulunu kənara ataraq il sonunda istədiyi böyük bir şeyi ala biləcəyini izah edin. Ədədi məlumatlarla danışın.

14-18 yaş
Ümumi xərclərini, xüsusilə də məktəb xərclərini onunla açıq-aşkar danışın. Özünə ildə nə qədər xərc edildiyini bilsin. Uşağınızın məktəbindən məzun olan nə iş etmiş, ayda nə qədər qazanmış, birlikdə qiymətləndirməsini edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!