Dərs oxumayan uşaqla necə davranmalı?

Dərs oxumayan uşaqla necə davranmalı?
Bir Ana - Bir Bala
10.09.2017 11
Uşaqlar dərs oxumağı, ev tapşırıqlarını yerinə yetirməyi böyük problem hesab edirlər. Mütəxəssislərin fikrincə, bunun başlıca səbəbi diqqət əskikliyidir.

Müşahidələr göstərir ki, əgər uşaq dərs oxumamaq üçün hər vasitəyə əl atırsa, burada nəsə bir çatışmazlıq var. Uşağınız bütün cəhdlərinizə baxmayaraq, yazı masasında oturmursa və ya oturduqdan sonra qələm, pozan ilə oynayırsa, ayaqyoluna getmək, su içmək kimi bəhanələrlə heç cür diqqətini cəmləyə bilmirsə, bu zaman məktəbdə müəllimi ilə danışmalı, onun davranışını, diqqətini nə dərəcədə cəmləyə bilməsini öyrənməliyik. Əgər ciddi bir problem varsa, mütləq bu sahə üzrə mütəxəssislə görüşmək lazımdır.
Uşaqların dərs oxumağa həvəsləndirilməsində ətraf mühitin rolu danılmazdır. Dərs oxumaq üçün nəzərdə tutulan otaq təmiz olmalı, yazı stolunun üstündə yalnız dərs vəsaiti qoyulmalıdır. Ən vacibi, əgər mümkünsə, yazı masası üzü divara doğru döndərilsin. Bu vəziyyətdə otaqdakı başqa əşyalar arxa planda qalacaq və bu da uşağınızın diqqətini cəmləməsinə kömək edəcək.

Xüsusilə ibtidai sinifdə evə verilən tapşırıqları çox vaxt valideynlər həll edir. Bu halla hər birimiz qarşılaşmışıq. Bəs bu, doğru hərəkətdirmi? Yox, əsla. Əslində valideynlər sadəcə dəstək olmalıdırlar. Məsələn: "dərs oxumaq vaxtın gəldimi?”, "dərsin başlamasına 10 dəqiqə qalıb, hazırlaş” deyərək uşaqları sınamaq olar. Valideyn ev tapşırıqlarının yerinə yetirilməsinə yalnız nəzarət edə bilər, prosesdə iştirak edə bilməz.

Statistikaya görə, məktəbə tez getməyə başlayan uşaqlar ev tapşırıqlarını yerinə yetirməkdə çətinlik çəkirlər. Çünki onlar diqqətini uzun müddət cəmləyə bilmir. Bunun üçün də müəllimlər tapşırıqları uşaqların yaş və qavrama səviyyəsinə uyğun verməlidirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!