Ana südü yoxsa uşaq yeməyi?

Ana südü yoxsa uşaq yeməyi?
Bir Ana - Bir Bala
10.09.2017 17
Körpələrin hamısı analarını əmərkən və ya əmzik ilə bəslənərkən hava udar. Udulan bu havalar əgər əmizdirmə əsnasında hər 10 dəqiqə də bir qazı alınmaz isə, hava qabarcığı şəklində mədədə toplanar. Udulan havanın miqdarı körpədən körpəyə dəyişər. Bəzi körpələr olduqca çox hava udarlar və əmməyi belə bitirə bilmədən sancıları başlar. Kimisidə narahatlıq verməyəcək qədər az udarlar.

Bəzi vəziyyətlərdə qaz çıxmamaq üçün müqavimət göstərərlər bu vəziyyətdə kürəyinə vurmağı buraxaraq, arxa üstə yatırdın və təkrar qucağınıza alın. Bunun faydası görülə bilər.

Körpə əmərkən və ya yeməyini yeyərkən, çox hava udmuş isə, yedirməyə ara verməlisiniz və qazını çıxarmalısınız. Yeməklərdən sonra 5 dəqiqə qədər qucağınız da idarə edin. Qazını çıxardığından əmin olmadan yatırtmayın, çünki bir azdan oyanacaq.

Qaz sancısı olan uşağın yaxşı qidalanması, qarnının ac olmaması lazımdır. Körpələrin alt narahatlığı qaz sancılarını artıra bilər bu səbəblə zamanın da altını dəyişdirmək lazımdır.

Bəzi təcrübəli analar qaz sancılarının tozsoran səsi ilə, avtomobil ilə dolaşdırılaraq azaldığını test etmiş və təsdiqləmişdir. Bunun körpəyə bir zərəri yoxdur lakin hər vaxt da faydalı olmağa bilər.
Körpəniz ilə əlaqədar verməniz lazım olan ən vacib qərarlar arasında onu ana südü ilə yoxsa mama iləbəsləyəcəyinizdir. Ana südü körpənizin ehtiyaclarını daha yaxşı qarşılayar həm də asan olaraq həzm edə bilər. Lakin bəzi səbəblər körpənizin mamayla bəslənməsini zəruri edə bilər. Körpənizi qidalanmaq bir vəzifə deyil zövq olmalıdır. Körpənizi bir zərurət hissiyyatı ilə əmizdirir və ya mamayla bəslədiyiniz üçün günahkarlıq hiss edirsinizsə, bu iş zövq olmaqdan çıxar.

Mamayla qarınını doyurmanın daha yaxşı olacağını düşünürsünüzsə , qərar vermək üçün doğuma qədər gözləyə bilərsiniz. Doğumun ilk həftələrində körpənin əmdiyi ana südü yerini əsla başqa heç bir qida doldura bilməz. Körpənizə verəcəyiniz ən qiymətli xəzinə ilk südünüz olacaq, ilk südünüz körpənizi bəsləmək ilə qalmaz onu xəstəlik faktorlarına qarşı da qorumuş olarsınız.

- Ana südünün ehtiva etdiyi maddələri laboratoriyada araşdıran elm insanları körpənin immunitet sistemi inkişaf edənə qədər ehtiyacı olan müqaviməti verdiyini və bütün xəstəliklərə qarşı müdafiəçi maddələri ehtiva etdiyini kəşf etmişlər,ancaq mamalarda bu xüsusiyyətlərin heç biri yoxdur, mamalar yalnız qarın doyurar və bəzi qidalar ehtiva edər.

- Körpəniz hər istədiyində südünüzün gigiyenik və uyğun istilikdə hazır olması sizin üçün böyük bir rahatlıqdır ki, gecələri bu rahatlıq sizin üçün daha çox özünü göstərəcək.

- Körpənizi əmizdirərkən hiss etdiyiniz həzz, körpənizlə bu qədər yaxın olmaq, kiçik əlləriylə sizə toxunması və kiçik üzünü sinənizə yasladığında hiss edəcəyiniz həzz yalnız sizə xüsusi bir hissdir.

- Körpənizi əmizdirmək ilk həftələr də daha çox zamanınızı alacaq, çünki körpəniz çox tez acar, çox az əmə bilər və fasilələrlə əmmək istəyəcək. Buna nəzərən davamlı əmzik təmizləmək, mama istilətmək və körpəni yedirmək sizi daha çox yoracaq.

- Səfərləriniz də belə əmzik yumaq və mamayı istilətmək sizi yoracaq bəlkə də buna imkan belə tapa bilməyəcəksiniz ancaq, əmizdirmək hər yerdə hər vaxt böyük bir asanlıqdır.
Addım-addım körpənin qazını çıxarma üsulları:

Körpənin qarınını yüngülcə ovun.Əllerinizle qabırğa bölgəsindən aşağı doğru çəkin. Körpənin qarınında əlinizi bəzən istirahət etdirin, həm də istiliyini verin. Barmaq uclarınızla körpənin qarınında dairəvi hərəkətlər edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!